07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Türkiyədə son sutkada daha 4056 nəfər koronavirusa yoluxub
Tarix: 09-04-2020 20:45 | Bölmə: Xəbərlər
Türkiyədə son sutkada daha 4056 nəfər koronavirusa yoluxub

Türkiyədə son 24 saatda daha 96 nəfər koronavirusdan ölüb.

Reyting.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 908 nəfərə çatıb.

Nazir bildirib ki, son 24 saatda  28578 şübhəli koronavirus testindən keçib, onlardan 4056-nın cavabı pozitiv çıxıb:  "Hazırda 42282 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1552 nəfəri reanimasiyadadır, 2142 nəfərin isə müalicəsi müsbət nəticə verib. Bu gün müalicə olunan 296 xəstə evə buraxılıb".  




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}