Gəncə dindarları xeyriyyə aksiyası təşkil edib - Fotolar
Tarix: 23-05-2020 17:27 | Bölmə: Xəbərlər
Gəncə dindarları xeyriyyə aksiyası təşkil edib

Gəncə İmamzadə Ziyarətgah Kompleksindən imkansız ailələrə növbəti növbəti dəfə ərzaq bağlamalarından ibarət sovqat paylanıb. Gəncə şəhərində yaşayan gənc dindarların təşəbbüsü ilə reallaşdırılan xeyriyyə aksiyası 200-ə yaxın ailəni əhatə edib.

Reyting.az
-ın məlumatına görə, müxtəlif ərzaqlardan ibarət olan bayram sovqatı Gəncə İmamzadə Ziyarətgahının Hüseyniyyəsindən daşınaraq, İmam Zaman adından imkansız ailələrə paylanıb.

Ramazan bayramı münasibəti ilə sakinləri təbrik edən dindarlar xeyriyyə aksiyasını davam etdirmək fikrindədirlər.

Onu da qeyd edək ki, bir müddət öncə İmamzadə Ziyarətgah Kompleksinin rəhbəri, tanınmış din xadimi Hacı Tahir Abbaszadənin təşəbbüsü və maliyyə dəstəyi ilə ölkədə karantin rejiminin yaratdığı maddi çətinliklər nəzərə alınaraq imkansız ailələrə sovqatlar paylanmışdır.

Gəncə dindarları xeyriyyə aksiyası təşkil edibGəncə dindarları xeyriyyə aksiyası təşkil edibGəncə dindarları xeyriyyə aksiyası təşkil edibGəncə dindarları xeyriyyə aksiyası təşkil edibGəncə dindarları xeyriyyə aksiyası təşkil edib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}