14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
DADP sədri: “Dövlət 100-dən çox qəsəbə-şəhərcik salıb”
Tarix: 29-05-2020 20:18 | Bölmə: Xəbərlər
DADP sədri: “Dövlət 100-dən çox qəsəbə-şəhərcik salıb”

“Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çox önəmli fikirlər səsləndirdi. Eyni zamanda qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin hər zaman dövlətin diqqətində olduğunu bir daha əyani şəkildə sübut etdi”.

Reyting.az
xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin çıxışını şərh edərkən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Ə. Hüseynov qeyd edib ki, ölkə başçısı öz çıxışlarında həmişə birmənalı olaraq bildirib ki, işğal olunmuş torpaqlar erməni silahlı qüvvələrindən azad olunmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Bunun alternativi yoxdur.

Partiya sədri diqqətə çatdırıb ki, lakin torpaqlarımızın azad ediləcəyi günə qədər məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması da dövlətimizin əsas proritetlərindən biri olaraq qalacaq: “Məcburi köçkünlərin sığındığı çadır şəhərciklərinin ləğvi də məhz bu məqsədə xidmət edir. Belə ki, indiyə qədər dövlət tərəfindən 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə təmin olunub. Dünyada iqtisadi böhranın və pandemiyanın hökm sürdüyü belə çətin məqamda məcburi köçkünlərlə bağlı bütün layihələr Prezidentin diqqət mərkəzindədir. Biz bu layihələrin heç birində nə yubanmalara, nə də ixtisarlara rast gəlməmişik. Mən özüm də məcburi köçkünəm və Birinci Qarabağ Müharibəsinin iştirakçısıyam. Ölkə başçısının məcburi köçkünlərə qarşı diqqət və qayğıkeşliyini yüksək qiymətləndirirəm”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}