07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
İranda 3 min saxta diplom aşkar edilib
Tarix: 30-05-2020 19:03 | Bölmə: Xəbərlər
İranda 3 min saxta diplom aşkar edilib

Ötən il İranda 3 mindən çox saxta diplom müəyyən edilib.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, bunu elm nazirinin müavini Firidun Cəfəri bildirib.

Cəfərinin sözlərinə görə, qeyri-dövlət universitetlərinin diplom verməsinə kifayət qədər nəzarət və dəqiqlik olmadığından sənədlərin satılması təəccüblü deyil.

“İnstaqram” səhifəsində bu qeydləri yazmış nazir müavini bildirib ki, magistratura və doktorantura mərhələlərini keçmədən saxta elmi dərəcələr arasında siyasətçilərin və parlament üzvlərinin olması da istisna edilmir.

Firidun Cəfəri deyib: “Elmi və akademik mühitdə fəlakət baş verir”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}