21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Birlik rəhbəri: “Sahibkarlar uşaqları istismar edir”
Tarix: 01-06-2020 12:39 | Bölmə: Xəbərlər

1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyası Şurasının Moskva sessiyasında qəbul edilmiş qərara əsasən uşaqları müharibə təhlükəsindən qorumaq, onların sağlamlığı, demokratik əsaslarla tərbiyəsi və təhsili qayğısına qalmaq məqsədi ilə hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir.
Reyting.az xəbər verir ki, bu sözləri Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov Uşaqların Beynəlxalq Müdafiəsi Günündən danışarkən deyib.
Onun sözlərinə görə, uşaqların hüquqlarını müdafiə etmək zərurəti ilk dəfə uşaq hüquqları haqqında Cenevrə Bəyannaməsi (1924) ilə elan edilib: “BMT Baş Məclisi 1959-cu il noyabrın 20-də Uşaq Hüquqları Bəyannaməsini qəbul etmişdir. Bu bəyannamə irqindən, dərisinin rəngindən, ana dilindən, dini, siyasi, yaxud digər əqidəsindən, milli mənsubiyyətindən, ictimai mənşəyindən, əmlakından, doğulmasından və s.-dən asılı olmayaraq uşaqların tərbiyə, təhsil, təminat, fiziki və mənəvi inkişaf sahəsində bərabər hüquqlarını elan edir”.
Kommunistlərin rəhbəri qeyd edib ki, SSRİ-nin süqutundan sonra ən böyük zərbə alanlardan biri də uşaqlar olub və bu, kəskin sosial problemə çevrilib: “Vəhşi kapitalizmin tüğyan etdiyi indiki şəraitdə tamahkar sahibkarların azyaşlı, yəni əmək qabiliyyəti yaşına çatmamış uşaqların muzdlu əməyindən həyasızcasına istifadə faktları var. Bəla orasındadır ki, kapitalist istehsal üsulu bərqərar olandan sonra uşaqların muzdlu əməyindən istifadə adi hala çevrilib.
Beynəlxalq Əmək Təşkilatının 59 nömrəli Konvensiyası (1937) uşaqların işə qəbulunda 15 yaşı minimal yaş müəyyən edib. Lakin onu demokratiya anqırtısı ilə baş-beynimizi aparan bir sıra kapitalist ölkələri bu gün də təsdiq etmirlər. İtaliyada 8-14 yaşlarında yüz minlərlə azyaşlı zəhmətkeş var, onların iş günü 10-12 saatdır. Böyük Britaniyada yüz minlərlə uşaq və yeniyetmə, ABŞ-da milyondan çox mühacir fəhlələrin uşaqları ağır və azmaaşlı işlərdə çalışırlar.

Ə. Abdinov
SSRİ-də, o cümlədən Sovet Azərbaycanında "Uşaq əməyi" anlayışı yox idi. 8 saatlıq iş günü haqqında dekret Sovet hakimiyyətinin ilk dekretlərindən biri idi. O, uşaq əməyini qadağan etmiş, yeniyetmələrin əməyini nizama salmışdır.
Amma bu gün həddi-buluğa çatmayanların daimi yaşayış və məşğuliyyətini itirməklə ailədən uzaqlaşması, uşaq baxımsızlığı halları artmaqdadır. Bu uşaq nəzarətsizliyin ən ağır formasıdır. Burjua cəmiyyətində uşaq baxımsızlığı adətən uşaq cinayətkarlığı ilə nəticələnir. Sovet Azərbaycanında isə valideynlərini itirən uşaqlara dövlət qayğısını hər kəs yaxşı xatırlayır. Yetim, valideynləri ilə əlaqəsi kəsilmiş və ya maddi köməyə ehtiyacı olan uşaqlar üçün dövlət tərəfindən ayrılmış təlim-tərbiyə müəssisələri var idi”.
Ə. Abdinovun fikrincə, istismarçı cəmiyyətdə uşaq cinayətkarlığı cəmiyyətin sosial-iqtisadi qurluşundan irəli gəlir: “İşsizlik, təhsil almağın çətinliyi, narkomaniya və s. sosial bəlalarla dolu burjua cəmiyyəti üçün uşaq cinayətkarlığı səciyyəvidir.
Kommunistlər məktəbəqədər uşaqların ictimai tərbiyəsi ilə məşğul olan uşaq bağçaları şəbəkəsini pulsuz formada xalqın istifadəsinə vermişdi. İndi kasıbın, yoxsulun uşaqları həmin bağçaların üzünə həsrətdir.
Sovet Azərbaycanında Uşaq Dəmir Yolu - dəmiryol idarəsi tədris müəssisələri şöbəsinin tabeliyində olan məktəbdənkənar müəssisə var idi. Uşaq Dəmir Yolu Bakıda 1947-ci ildə, Naxçıvanda isə 1979-cu ildə yaradılmışdı. Bundan əlavə, şagirdlərlə ekskursiya - turist və ölkəşünaslıq işi aparan təlimati-metodik mərkəz - Uşaq Ekskursiya Turist Stansiyası var idi. Uşaqlar arasında tərbiyəvi və sağlamlıq işi aparan, onların mədəni istirahətini təşkil edən məktəbdənkənar müəssisələr - uşaq şəhərcikləri və parkları mövcud idi. Sovet Azərbaycanında belələrinin sayı 12-yə çatmışdı. Burjua ünsürləri bunları da ləğv etdi, əmlakını satdılar.
Sovet dönəmində Bakıda uşaqların təsviri yaradıcılığı üzrə respublika metodiki mərkəzi, şəhər uşaq bədii yaradıcılığı qalereyası, uşaqların təsviri və tətbiqi yaradıcılıq studiyası pulsuz fəaliyyət göstərirdi. Hər biri üçün ayrıca mənzil-qərargah ayrılmışdı. İndi onlardan səmərəli məzmun baxımından əsər-əlamət yoxdur.
SSRİ-də uşaq ədəbiyyatı marksist-leninçi pedaqoji təlimə və sosialist realizmi prinsiplərinə əsaslanırdı. İndi isə uşaq ədəbiyyatında "vor v zakone”lərə rəğbət, vurmaq, dağıtmaq, hətta oğurlamaq və s. eybəcər mövzuların təbliği baş alıb gedir. Çünki müəllif bu cür yazmasa, onun kitabını alan olmaz.
Siz yəqin ki, sovet uşaqları üçün yaradılan bədii, sənədli, elmi-kütləvi və multiplikasiya filmlərini xatırlayırsınız. Sovet dövründə Azərbaycanda uşaq kinosu kino sənətinin xüsusi sahəsinə çevrilmişdi. "Azərbaycanfilm"də uşaqlar üçün multiplikasiya filmləri istehsal olunurdu. Bəs, bunlar indi niyə yoxdur? Çünki burjuaziyanı mənəviyyatdan çox maddiyyat maraqlandırır. Pul hardan çıxır, ora qaçırlar. Uşaq kinosu ilə yanaşı uşaq teatrları da bərbad vəziyyətdədir.
Sovet uşaq psixologiyasının metodoloji əsasını marksist-leninçi fəlsəfi-dialektik və tarixi materializm təşkil edirdisə, bu gün onu liberalizm, burjua ideologiyası əvəz edib. Bu isə çox zərərli yoldur.
Sovet Azərbaycanında təxminən 110-a qədər uşaq kitabxanası var idi. Gör nə qədər vicdansız və mənəviyyatsızdırlar ki, bu kitabxanaların çoxunu dağıdıb, binasını ələ keçiriblər.
Uşaq musiqisini də bərbad vəziyyətə salıblar. Vaxtilə Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində uşaq və gənclərin musiqi - estetik tərbiyəsi üzrə komissiya var idi. İndi onun hansı vəziyyətdə olduğunu bilmirəm. Bildiyim odur ki, kapitalist Azərbaycanında uşaqlar üçün musiqi həftəsi, uşaq bədii özfəaliyyət kollektivlərinin baxış müsabiqələri əvvəlki illərdə olduğu kimi daha heç kəsi maraqlandırmır.
Sovet pedaqoqikası uşaqların aktiv fəaliyyət forması, onları - xüsusən kiçik yaşda tərbiyə etmək vasitəsinə - uşaq oyunlarına böyük əhəmiyyət verirdi. Azərbaycan SSR-də milli mahiyyət daşıyıb, nəsildən - nəslə keçən "Bənövşə"ni kim xatırlamır?! Uşaq oyunları mənşəyinə, təbiətinə və məzmununa görə ictimai xarakter daşıyır. Uşaqlar üçün daha manipulyasiya, süjetli, hərəkətli, didaktik və zehni oyunlar keçirilmir və ya məhdud çərçivədə olur.
"Üfüqdə parıltı" hərbi vətənpərvərlik oyunu, "Dəri top" mükafatı uğrunda yarışlar, məktəblilərin spartakiadaları sanki heç kimin yadına düşmür.
Kapitalizm uşaq oyuncaqları ilə də bağlı çox ciddi problemlər yaradıb. Əksər hallarda Azərbaycana idxal olunan keyfiyyətsiz, zay uşaq oyuncaqları uşaq orqanizminə zərərli təsir göstərən kimyəvi materiallardan hazırlanır. Sahibkarları uşaqlar yox, pul maraqlandırır. Halbuki SSRİ-də uşaq oyuncaqlarının yeni nümunələrinin hazırlanması üzrə Ümumittifaq Elmi-Tədqiqat Oyuncaqlar İnstitutu, SSRİ Rəssamlar İttifaqının yaradıcılıq təşkilatları fəaliyyət göstərirdi. Bu sahəyə ciddi dövlət nəzarəti olduğundan heç bir problem yox idi.
Bu gün uşaqlarımızın taleyi ilə bağlı həyacan və narahatlıqlar doğuran çoxsaylı amillər var. Vəziyyət heç də ürəkaçan deyil, ümidlər də solmaqdadır. Səbəb kapitalizmdir, yırtıcı, amansız kapitalizm”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 21:18
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
Bu gün, 17:08
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
Bu gün, 16:21
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
Bu gün, 12:16
Dronlar Rusiyaya zərbələr endirib
Bu gün, 12:08
Əli Əsədov Qırğızıstana gedib
Bu gün, 10:57
Yaponiya 100 illik rekorda imza atıb
Bu gün, 10:53
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
Bu gün, 10:17
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
Bu gün, 09:16
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
Bu gün, 08:41
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
Bu gün, 08:37
Obama Trampın qüsurunu açıqlayıb
Dünən, 16:56
Aİ komissarı Azərbaycana gəlir
Dünən, 16:39
Keçmiş səfirin qızına cinayət işi açılıb
Dünən, 15:01
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
Dünən, 14:27
Toxunuş qızılın kütləsini azaldır
Dünən, 13:49
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
Dünən, 12:39
Deputat: “Güzəşt müddəti uzadılsın”
Dünən, 11:44
İsrailin Qəzzaya hücumları davam edir
Dünən, 11:19
İlham Əliyev Donald Trampa təşəkkür edib
Dünən, 10:09
Sumqayıtda ər arvadını, daha sonra isə özünü öldürüb
Dünən, 09:25
Qurban Qurbanov: "Biz bu oyundan həzz almalıyıq"
16-09-2025, 17:39
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
16-09-2025, 15:55
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
16-09-2025, 15:11
Cəlilabadda məktəbli bıçaqlanıb
16-09-2025, 10:59
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
16-09-2025, 10:28
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
16-09-2025, 08:12
Fəalın qətlində təqsirləndirilən şəxsi edam edəcəklər
16-09-2025, 07:55
Rubio: Tramp münaqişəyə son qoymağa çalışır
15-09-2025, 18:00
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
15-09-2025, 17:51
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
15-09-2025, 16:57
İş adamı Vüsal Abbasov həbs edilib
15-09-2025, 14:44
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
15-09-2025, 13:38
Prezident Ərdoğan Qətərə gedib
15-09-2025, 11:23
Təyyarə qəzasından yalnız pilot sağ çıxıb
15-09-2025, 11:09
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
15-09-2025, 11:06
İlham Əliyev Xocalıda daha bir kəndə baş çəkib - Fotolar
15-09-2025, 10:22
Donald Tramp İsrailə xəbərdarlıq edib
15-09-2025, 09:34
Bakıda mənzildən meyit tapılıb
15-09-2025, 08:57
Xəzər dənizində zəlzələ baş verib
15-09-2025, 08:08
Husilər silahı yerə qoymağı düşünmürlər
15-09-2025, 07:55
“Çarli Kirk şousu”nu Vens aparacaq
15-09-2025, 07:39
Azərbaycanda Bilik günü qeyd olunur
14-09-2025, 10:29
Dünya çempionatı Bakıda keçiriləcək
14-09-2025, 10:05
İki qəzada üç nəfər həyatını itirib
13-09-2025, 20:48
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
13-09-2025, 15:55
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
13-09-2025, 15:44
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 12:30
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib