İqtisadiyyat Nazirliyi sistemində kadr dəyişikliyi edilib
Tarix: 04-06-2020 09:46 | Bölmə: Xəbərlər
İqtisadiyyat Nazirliyi sistemində kadr dəyişikliyi edilib

İqtisadiyyat Nazirliyinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə direktor əvəzi təyin olunub.

Reyting.az
xəbər verir ki, indiyə qədər bu vəzifəni icra edən qurumun direktor müavini Vidadi Quliyevi nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin keçmiş rəisi Zahid İsayev əvəz edib.

Xatırladaq ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” 2007-ci ildə, 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsidir.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}