17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Amerikalı reper prezident olmaq istəyir
Tarix: 05-07-2020 16:39 | Bölmə: Xəbərlər
Amerikalı reper prezident olmaq istəyir

Tanınmış amerikalı repçi Kanye Vest 2020-ci ildə ABŞ prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Reyting.az
“Variety”-yə istinadla xəbər verir ki, geyim istehsalı və dizaynı ilə məşğul olan 43 yaşlı repçi iyulun 4-də “Twitter” səhifəsində bu mesajı verib.

Bu, ABŞ-ın prezident seçkilərində iştirak etmək planları barədə onun ilk açıqlaması deyil. Bundan əvvəl müğənni müxtəlif açıqlamalarda prezidentliyə namizəd olmaq istədiyini bildirib. Müğənni “2015 Music Video Awards”-da çıxışı zamanı prezidentliyə namizəd olma ehtimalından danışmışdı.

Açıqlamadan qısa müddət sonra “Tesla” şirkətinin direktoru Elon Mask Kanyu Vestin qərarını dəstəklədiyini tvitlə bildirib.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}