Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 07-07-2020 13:55 | Bölmə: Xəbər lenti
Sabah hava necə olacaq? - Proqnoz

8 iyulda Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki sabah havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 35-39, Bakıda  gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

8 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi qərb rayonlarında  şimşək çaxacağı, yağış yağacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 21-26, gündüz 35-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, arabir durğun hava şəraiti və gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
Dünən, 13:36 Sabah yağış yağacaq
3-08-2020, 13:19 Sabah yağış yağacaq

bütün xəbərlər
{sape_links}{sape_article}