Kür çayında 3 nəfər batıb - Yenilənib
Tarix: 09-07-2020 20:36 | Bölmə: Xəbərlər
Kür çayında 3 nəfər batıb

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Nazirliyin "112" qaynar telefon xəttinə 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***

Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində batan şəxslərdən birinin meyiti tapılıb.

APA-nın Aran bürosunun məlumatına görə, 14 yaşlı Nahidə İsmayılovanın meyiti xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hazırda digər iki nəfərin də axtarışları aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}