Leysan yağış Gəncəyə ziyan vurub - Fotolar
Tarix: 12-07-2020 10:16 | Bölmə: Xəbərlər
Leysan yağış Gəncəyə ziyan vurub

Ötən gecə leysan yağış Gəncədə fəsadlar törədib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, gecə saatlarından başlayan aramsız yağış nəticəsində şəhərin Gülüstan qəsəbəsində və digər yerlərdə yaşayış evlərini, həyatyani sahələri su basıb.

Yağışdan ziyan çəkmiş ərazilərə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazı Bayramov və müavinləri, həmçinin Kəpəz və Nizami rayon icra hakimiyyətinin başçıları, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib. Əraziyə baxış keçrilib, yaranmış problemlərin aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.

Evlərə və həyətlərə dolan sular FHN-nin xüsusi qurğuları vasitəsi ilə çəkilib. Hazırda yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görülür.

Leysan yağış Gəncəyə ziyan vurubLeysan yağış Gəncəyə ziyan vurub




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}