XİN-nin həbsdəki sabiq şöbə rəisi ev dustaqlığına buraxılıb
Tarix: 26-09-2020 12:27 | Bölmə: Xəbər lenti
XİN-nin həbsdəki sabiq şöbə rəisi ev dustaqlığına buraxılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən XİN-in Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

Məlumata görə, Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N. Abdullayevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, N. Abdullayev DTX tərəfindən saxlanılıb. Ona rüşvət alma maddəsi ilə ittiham verilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}