17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
NATO: "Əməliyyatlar dərhal dayandırılmalıdır"
Tarix: 27-09-2020 17:32 | Bölmə: Xəbərlər
NATO: "Əməliyyatlar dərhal dayandırılmalıdır"

NATO Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

Məlumata görə, təmas xəttində genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar NATO-nun dərin narahatlığına səbəb olub.

“Münaqişə tərəfləri dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatlarını dərhal dayandırmalıdır. Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər sülh nizamlanması ilə bağlı danışıqları bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”, - deyə bəyanatda vurğulanıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}