Rusiyalı deputat Xankəndində peyda olub
Tarix: 16-10-2020 17:52 | Bölmə: Xəbərlər
Rusiyalı deputat Xankəndində peyda olub

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Xankəndinə səfər edib.

Reyting.az
“aysor”a istinadla xəbər verir ki, rusiyalı deputat beynəlxalq qanunlara hörmətsizlik nümayiş etdirərək Dağlıq Qarabağdakı separatçı rejimin cinayətkar nümayəndəsi Arayik Arutnyanla görüşüb.

Rusiyalı deputat özünün Feysbuk səhifəsində yazıb ki, Xankəndi səfəri zamanı cinayətkar Arutnyanla görüşüb. Əlavə edib ki, münaqişə silah gücü ilə həll edilə bilməz.

Qeyd edək ki, Rusiya daxil olmaqla ATƏT-in Minsk qrupunda təmsil olunan 11 ölkə Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. İndiki halda rusiyalı deputatın Xankəndində peyda olması yalnız təəssüf doğura bilər.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}