07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
“General Həzi Aslanov” neft tankerində partlayış olub
Tarix: 25-10-2020 08:16 | Bölmə: Xəbərlər
“General Həzi Aslanov” neft tankerində partlayış olub

Azov dənizində Rusiya bayrağı altında üzən üzən “General Həzi Aslanov” neft tankerində yanğın baş verib. Yanğından sonra iki dəfə partlayış olub.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə zamanı gəmidə 13 heyət üzvü olub. Onlardan 10 nəfəri xilas edilib.

FHN-nin Krasnodar diyarındakı regional şöbəsinin yaydığı məlumatda bildirilib ki, dənizçilərdən digər 3 nəfərinin axtarışı davam etdirilir.

Tankerdə yanğın neft məhsullarının buxarından yaranıb. Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker “Qafqaz” limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}