Ermənilər Tərtərə top mərmiləri atıb, evlər dağılıb - Foto
Tarix: 26-10-2020 13:47 | Bölmə: Xəbər lenti
Ermənilər Tərtərə top mərmiləri atıb, evlər dağılıb

Ermənistan silahlı qüvvələri yenə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

Məlumata görə, səhər saatlarından başlayaraq düşmən rayonun Qazyan kəndinə top mərmiləri ataraq dinc sakinləri hədəfə alıb. Nəticədə kənd sakinləri - Yasin Cəfərov və Fənər Balakişiyevanın evlərinə mərmilər düşüb və külli miqdarda ziyan dəyib.

Məlumata görə, sentyabrın 27-dən oktyabrın 26-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Qazyan kəndi ərazisinə ümumilikdə 500-dən artıq top mərmisi düşüb. Nəticədə 5 ev tamamilə dağılıb, 120-dən çox evə ziyan dəyib/Report.





Bölməyə aid digər xəbərlər
Dünən, 20:39 Maradona vəfat edib
24-11-2020, 16:02 Xəzərdə zəlzələ olub

bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}