Pakistan Fransaya nota verib
Tarix: 26-10-2020 17:35 | Bölmə: Xəbər lenti
Pakistan Fransaya nota verib

Pakistanın Xarici İşlər Nazirliyi Fransanın İslamabaddakı səfirliyinə Parisdəki antiislam kampaniyası ilə əlaqədar etirazını bildirib.

Bu barədə “Reuters” agentliyi oktyabrın 26-da məlumat yayıb.

Bildirilib ki, Pakistan XİN Fransanı “insan azadlığı adı altında sistematik olaraq islamofobiya kampaniyası aparmaqda” ittiham edib. Nazirlik Məhəmməd peyğəmbərlə bağlı təhqiredici şəklin yayılmasını və “Quranın təhqir edilməsini” kafirlik adlandırıb.

Qeyd edək ki, oktyabrın 25-də Pakistanın baş naziri İmran Xan Fransanın prezidenti Emmanuel Makronu fransalı müəllim Samuel Patinin qətlindən sonra etdiyi açıqlamaya görə sərt tənqid edib/Report.




Bölməyə aid digər xəbərlər
25-11-2020, 20:39 Maradona vəfat edib
24-11-2020, 16:02 Xəzərdə zəlzələ olub

bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}