Bərdədə həlak olanların sayı artıb
Tarix: 27-10-2020 18:24 | Bölmə: Xəbərlər
Bərdədə həlak olanların sayı artıb

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölən dinc sakinlərin sayı 4 nəfər çatıb.


Baş Prokurorluqdan Reyting.az-a verilən məlumata görə, erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}