14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Təhsil naziri: “Yeni dərsliklər hazırlanacaq"
Tarix: 18-11-2020 11:58 | Bölmə: Xəbərlər
Təhsil naziri: “Yeni dərsliklər hazırlanacaq"

“Tarixi qələbədən sonra yeni dərsliklər hazırlanacaq. Burada təhsilin məzmunu bir neçə istiqamətdə dəyişəcək”.

Reyting.az xəbər verir ki, bunu Azərbaycanın Təhsil naziri Emin Əmrullayev “ATV Aktual” proqramında bildirib.

Onun sözlərinə görə, ilk istiqamət dərsliklərin mahiyyəti və əhval-ruhiyyəsi məsələsidir:

“Bu günə kimi təhsilimizin, müəllimlərimizin qarşısında duran əsas məsələ ondan ibarət idi ki, hər bir Azərbaycan vətəndaşını torpaqların işğaldan azad edilməsinə hazırlayaq. Bu missiya müəyyən mənada uğurla yerinə yetirilib. Qısa müddət ərzində Vətən Müharibəsi ilə bağlı materialların məktəblərə çatdırılması planlaşdırılır. Növbəti yarımildə bununla bağlı məzmunda dəyişiklik ediləcək".

Nazir deyib ki, dərsliklərdə torpaqlarımızın işğal olunma və işğaldan azad edilmə tarixləri və dövlətimizin uğurlarını hər kəsə çatdırmalıyıq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}