00:01 / 23-10-2025
Qurban Qurbanov: "Futbolçularımız üçün bu, asan deyildi"
22:40 / 22-10-2025
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
22:14 / 22-10-2025
Məşhur vəkilin evi qarət olunub (Yenilənib)
20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

19:39 / 22-10-2025

08:12 / 19-10-2025

BAXCP sədri ECRP-yə çağırış edib - Müraciət
Tarix: 23-11-2020 19:47 | Bölmə: Xəbərlər

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasının (European Conservatives and Reformists Party - ECRP) prezidenti Corcia Meloni (Giorgia Meloni) və baş katib Anna Fotıqaya (Anna Fotyga) ECRP-nin 10 noyabr bəyannaməsi ilə bağlı müraciət ünvanlayıb.
Reyting.az-a daxil olan müraciətdə deyilir:
“ECRP-nin 2020-ci il, noyabrın 10-da Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs haqqında birgə Bəyannamə barədə yaydığı açıqlamanı diqqətlə oxudum. Avropa İttifaqının tənzimləmə prosesindən kənarda qaldığana, Türkiyə və Rusiya hərbçilərinin sərhəd boyunca həyatın bir hissəsinə çevrilməsindən dolayısı narahatçılığınızı ifadə edirsiniz. Nəzərinizə çatdırmaq istəyirəm ki, Ermənistan Rusiyanın liderliyi ilə yaradılmış KTMT-nin üzvüdür, həmin ölkədə Rusiyanın böyük hərbi bazası olmaqla onun sərhədlərini də Rusiya Dövlət Sərhəd Xidməti qoruyur. Amma Qərb ölkələri bu günə qədər Rusiyanı Ermənistanın təcavüzkar siyasətinin təminatçısı kimi gördüyündən bu reallıq onları heç vaxt narahat etməmişdir. Türkiyəyə gəldikdə isə o, Avropa İttifaqına üzvülüyə namizəd olmaqla NATO-nun, eyni zamanda münaqişənin həllinə kömək etməli olan ATƏT-in Minsk qrupunun üzvüdür.
Atəşkəsin niyə yalnız Rusiyanın vasitəçiliyi ilə əldə olunması haqda onu deyə bilərəm ki, Avropa İttifaqının üzvü olan Fransanın həmsədr olduğu Minsk qrupu heç vaxt işğalçı Ermənistandan BMT TŞ-nın işğal olunmuş Azərbaycan ərazilərindən erməni hərbi birliklərinin qeyd-şərtsiz çıxarılmasına dair 822, 853, 874 və 884 saylı qətnamələrin icrasını tələb etməmişdir.
Bu müddət ərzində, təqribən 30 il, torpaqlarımızın 20 faizi (Dağlıq Qarabağ və ətrafındakı 7 rayon) işğal altında qalmış, bir milyon azərbaycanlı qaçqın bu gün də məşəqqətli bir həyat yaşamaqdadır. Erməni vandalları işğal olunmuş əraziləri tarixi və mədəni abidələrlə birlikdə tamamilə dağıtmış, işğal altında olan ərazidə ekoloji fəlakət yaratmışlar. İlkin hesablamalara görə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bu ərazilərdə həyata keçirilən vandalism aktları nəticəsində Azərbaycan Respublikasına və onun vətəndaşlarına 100 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Ölkənizin Azərbaycandakı səfirliyindən, Aİ-nin Azərbaycan nümayəndəliyindən bu barədə və Qarabağın, o cümlədən münaqişənin tarixinə dair ətraflı məlumat ala bilərsiniz”.
Q. Həsənquliyev müraciətində qeyd edib ki, son vaxtlar Ermənistan 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, növbəti bir müharibə cinayəti törədərək Livandan gətirilən ailələr hesabına işğal altındakı ərazilərimizi məskunlaşdırmağa başlamışdı və bu proses intensiv şəkildə həyata keçirilirdi: “Ermənistan bununla kifayətlənməyərək, öz hərbi cinayətlərini hərbi əməliyyatların getdiyi vaxtda da davam etdirdi. Azərbaycanın hərbi əməliyyatların getdiyi ərazidən kifayət qədər uzaqda yerləşən, hərbi təyinatlı obyektlərin olmadığı Gəncə, Bərdə şəhərləri və digər yaşayış məntəqələri ballistik raketlərlə, qadağan edilmiş kaset bombaları və ağ fosforlu mərmilərlə atəşə tutuldu. Nəticədə 94 mülki şəxs həlak oldu, 414 nəfər yaralandı, 512 mülki obyekt, 3410 yaşayış evi və 120 çoxmənzilli yaşayış binası yararsız hala düşdü.
Azərbaycanın bununla bağlı həyacan dolu çağırışlarına heç kim reaksiya vermirdi. Hamı Ermənistanın hərəkətlərindən məmnun kimi görünürdü. Ona görə də bizim BMT Nizamnaməsinə və BMT TŞ-nın qərarlarına istinad edərək güc tətbiq etməklə torpaqlarımızı işğaldan azad etməkdən başqa yolumuz qalmamışdı. 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan etdi ki, Ermənistan BMT TŞ-nin qətnamələrinə uyğun olaraq işğal etdiyi ərazilərdən çıxacağına dair bəyanatla çıxış edib, qoşunların hansı müddətdə Azərbaycan torpaqlarından çıxarılacağına dair cədvəl təqdim edərsə döyüşlər dərhal dayandırılacaqdır. Bu baş verərdisə heç Rusiya sülhməramlılarına da ehtiyac qalmazdı. Amma Avropa İttifaqının üzvü olan Fransa Ermənistana düz yol göstərmək əvəzinə bizi hədələməyə, Ermənistanı isə qızışdırmağa başladı və bununla da özünün tərəfsiz vasitəçilik missiyasını ciddi şəkildə şübhə altına aldı, əlini çoxlu əsgərin qanına batırdı. 10 noyabr tarixli atəşkəsdən sonra isə Ermənistanın Baş naziri mətbuata verdiyi ilk açıqlamada etiraf etdi ki, Ermənistanın “bir qarış da olsun torpaq qaytarmamaq” siyasəti yalnış olmuşdur. Bunu Avropada hamı bildiyi halda heç kim bir müsəlman ölkəsinə görə Avropadakı zəngin erməni diasporu ilə münasibətləri korlamaq istəmədi, haqqın yanında dayanmadı. Ona görə də biz vasitəçi kimi neytrallığını qoruyub saxlamış Rusiyanın iştirakı ilə atəşkəsə nail olmaqla yüzlərlə, bəlkə də minlərlə insanın həyatını xilas edə bildik.
Ümid edirəm, ECRP və Aİ Ermənistanın siyasi partiyalarının, o cümlədən ECRP-nin üzvü olan “Çiçəklənən Ermənistan” partiyasının, bütövlükdə isə erməni siyasətçiləri və diasporunun “Böyük Ermənistan” ideyasınadan əl çəkmələri, Azərbaycanın ərazi bütövlüyünü tanımaları, qonşularına münasibətdə ərazi iddialarından imtina etmələri, onlarla normal münsibətlər qurmaları üçün öz səylərini əsirgəməyəcək. Bu zaman bölgədə xarici hərbi iştiraka ehtiyac qalmayacaq, 5 il müddətinə gəlmiş Rusiya sülhməramlıları isə öz vətənlərinə qayıdacaq, bölgə sürətlə inkişaf edəcəkdir.
Sonda onu da qeyd etmək istəyirəm ki, bu münqişəyə ECRP-nin münasibət bildirməsinin zəruriliyini əvvəllər ECRP-nin Şura iclasında qaldırsam da “bu işlə Minsk qrupu məşğul olur” deyilərək, təəssüf ki, lazımi reaksiya verilməmişdir”.
Qeyd edək ki, ECRP noyabrın 10-da Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs haqqında Bəyannamə yayıb. Bəyannamədə deyilir: “Ermənistanla Azərbaycan arasında sülh nizamlanmasının imzalanmasından sonra Dağlıq Qarabağda hərbi əməliyyatların bitdiyini təsbit edirik. Bununla birlikdə, Rusiya Federasiyasının bu danışıqlarda iştirakı və Rusiya əsgərlərinin iki ölkə arasındakı sərhəddə yerləşdirilməsindən dərin narahatlığımızı bildiririk.
Avropa İttifaqı və digər qərb dövlətlərinin razılaşmanın əldə edilməsi üçün kifayət qədər sürətli bir şəkildə hərəkət etməməsi və nəticədə bizə düşmən bir gücün iştirakı ECRP-ni çox təəssüfləndirir. Rusiyanın Ermənistan və Azərbaycan arasındakı sülhdə iştirakı bir daha özünü geopolitikanın kənar xəttlində oturmağa yönəltmiş Avropa İttifaqı üçün böyük bir xəcalət səbəbi olmalıdır.
ECRP eyni zamanda bu müqavilənin kövrək bir bölgədə siyasi sabitlik üçün nə məna kəsb etməsinə dair narahatlığını dilə gətirir. Artıq Türkiyə və Rusiya qoşunları sərhəd boyunca mövqe almaqdadırlar. Ümid edirik ki, daha məqbul və qalıcı bir həll tapıla bilər.
Əlavə olaraq, müqavilə imzalandıqdan sonra baş verən iğtişaşlardan sonra Yerevanda insanları sakitliyə çağırırıq. Vəziyyəti izləməyə davam edəcəyik.
Avropa Mühafizəkarlar və İslahatçılar Partiyası olaraq İttifaqımızda həm Ermənistandan, həm də Azərbaycandan üzv partiyalar var”.
Xatırladaq ki, BAXCP 2015-ci ildən Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının üzvüdür.
Bölməyə aid digər xəbərlər

Dünən, 22:40
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
Dünən, 22:14
Məşhur vəkilin evi qarət olunub (Yenilənib)
Dünən, 16:51
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
Dünən, 16:02
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
Dünən, 15:29
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
Dünən, 14:41
Yeni medal təsis edilib
Dünən, 14:29
General-mayora yüksək vəzifə verilib
Dünən, 14:08
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
Dünən, 14:03
Xəstə əməliyyat zamanı klarnet çalıb
Dünən, 13:55
Ramiz Mehdiyevin bankında problem yaranıb?
Dünən, 13:27
Estoniya Azərbaycanda səfirlik açacaq
Dünən, 11:58
İsrail türk ordusunun Qəzzaya gəlişini istəmir
Dünən, 11:46
İki keçmiş hakim Vəkillər Kollegiyasına üzv olub
Dünən, 10:01
Dağıstan PUA hücumuna məruz qalıb - Foto
Dünən, 08:09
ABŞ Rusiyanı zəiflətməyin yeni üsulunu tapıb
Dünən, 07:43
Çin eyni anda 15 947 dron qaldırıb - Video
21-10-2025, 23:44
Əli Əsədov Gürcüstana səfər edib
21-10-2025, 16:50
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
21-10-2025, 16:21
Milli Məclis daha 17 məsələyə baxacaq
21-10-2025, 16:05
Akademikin armudu stəkanındakı limon
21-10-2025, 15:41
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
21-10-2025, 14:50
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
21-10-2025, 14:08
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
21-10-2025, 13:21
"Space TV"-yə xəbərdarlıq edilib
21-10-2025, 12:00
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
21-10-2025, 10:58
Ramiz Mehdiyevin kürəkəni qəzəblənib - Video
21-10-2025, 09:27
Donald Tramp əleyhdarlarını təhqir edib - Foto
21-10-2025, 09:15
Türkiyənin yük təyyarəsi dənizə düşüb
21-10-2025, 09:05
Metroya qara çarşabla minən kişi saxlanılıb - Foto
21-10-2025, 08:57
Rusiya Budapeşt sammitindən irəliləyiş gözləyir
21-10-2025, 08:19
Yaponiyada hökumət istefa verib
21-10-2025, 07:48
Ruslar Xarkova hücum edib
20-10-2025, 22:14
Xələf Xələfov Tehranda İran rəsmiləri ilə görüşüb - Fotolar
20-10-2025, 18:04
Tramp Ukrayna prezidentini hədələyib
20-10-2025, 16:51
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
20-10-2025, 16:19
Venesuela həmləsi - Nurlan Umudov yazır
20-10-2025, 15:46
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
20-10-2025, 15:23
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
20-10-2025, 14:51
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
20-10-2025, 14:41
Nizami Rəmzinin qızı həbs edilib
20-10-2025, 13:02
Ramiz Mehdiyevin gəlini işə çıxmır
20-10-2025, 12:11
DİN əhaliyə çağırış edib
20-10-2025, 11:30
Eldar Mahmudovun vəkili yayılan xəbərə reaksiya verib
20-10-2025, 10:35
Sabiq idarə rəisi azadlığa buraxılıb
20-10-2025, 10:15
Goranboyda kafedə kütləvi dava: xəsarət alanlar var
20-10-2025, 08:11
Prezident seçkilərində “autsayder” qalib gəlib
20-10-2025, 07:16
Çin "Falcon 9" raketinin bənzərini yaradıb
20-10-2025, 00:07
İlham Əliyev Zəngilanla bağlı paylaşım edib - Video
19-10-2025, 14:39
Ayı ata və oğula hücum edib