Daha bir koronavirus xəstəsi saxlanılıb
Tarix: 27-11-2020 10:05 | Bölmə: Xəbərlər
Daha bir koronavirus xəstəsi saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyini müəyyənləşdiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a verilən məlumata görə, Xaçmaz rayon sakini Eldosi Quliyevə COVİD-19 infeksiyası testinin pozitiv nəticəsi səbəbindən ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, rayon ərazisində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

COVİD-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq bölməsində araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}