Jurnalist peyvənd vurdurandan sonra virusa yoluxub
Tarix: 28-11-2020 18:28 | Bölmə: Xəbərlər
Jurnalist peyvənd vurdurandan sonra virusa yoluxub

Rusiyanın tanınmış jurnalisti, RTVİ kanalının keçmiş baş redaktoru Aleksey Pivovarov koronavirusa yoluxub.

Rusiyanın RBK kanalı xəbər verir ki, Aleksey Pivovarov iki ay öncə könüllü olaraq Rusiyada koronavirus əleyhinə hazırlanmış “Sputnik V” peyvəndindən vurdurmuşdu. İndi jurnalistin koronavirus infeksiyasına yoluxması “Sputnik V” peyvəndinin keyfiyyəti barədə söz-söhbətləri daha da artırıb.

Rusiyanın rəsmi dairələri “Sputnik V”nin klinik sınaqlar zamanı 90 faizdən çox effekt verdiyini iddia edir. Bir sıra müstəqil və əncəbi ekspertlər bu ididaya şübhəylə yanaşır.

Pivovarov “Twitter” şəbəkəsində yaydığı açıqlamasında “Sputnik V” peyvəndinin onun timsalında özünü doğrultmadığını, hazırda evə qapandığını, ev şəraitində məsafə saxlamaqla öz otağında studiya qurub jurnalist fəaliyyətini davam etdirdiyini bildirib.

Oktyabr ayının sonlarında könüllülərə qoşularaq “Sputnik V” vaksini vurdurmuş Rusiya Dövlət Dumasının deputatı Valeri Qartunq da az sonra COVİD-19 virusuna yoluxmuşdu.(Novator.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}