07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Dünyada 62 milyondan çox insan koronavirusa yoluxub
Tarix: 29-11-2020 10:13 | Bölmə: Xəbərlər
Dünyada 62 milyondan çox insan koronavirusa yoluxub

Dünyada koronavirusa (COVID-19) yoluxmuş insanların sayı 62 milyonu ötüb.

ABŞ-ın Cons Hopkins Universitetinin məlumatına görə, dünya əhalisinin ümumilikdə 62 094 127 nəfəri bu virusa yoluxub. Koronavirusa ən çox yoluxma ABŞ-da (13,2 milyon) qeydə alınıb. İkinci yerdə 9,5 milyon yoluxma ilə Hindistan, üçüncü yerdə 6,2 milyon yoluxma ilə Braziliyadır. İlk beşliyi Fransa (2,26 milyon) və Rusiya (2,24 milyon) tamamlayır.

Universitetin hesabatında bildirilir ki, pandemiyanın başlanğıcından bəri dünyada 1,4 milyon insan koronavirus infeksiyasından ölüb. ABŞ ölüm sayında da öndədir - 266 min nəfər. Daha sonra Braziliya (171,9 min), Hindistan (136,2 min), Meksika (104,2 min) və Britaniya (58,1 min) gəlir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}