Xalq artisti reanimasiyaya yerləşdirilib
Tarix: 18-01-2021 15:59 | Bölmə: Xəbərlər
Xalq artisti reanimasiyaya yerləşdirilib

Xalq artisti, rejissor Eldar Quliyev xəstəxanaya yerləşdirilib.

Reyting.az
xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri, Xalq artisti Şəfiqə Məmmədova bildirib.

Onun sözlərinə görə, tanınmış rejissor bir neçə gün əvvəl infarkt keçirib: “O, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin reanimasiyasına yerləşdirilib. Hazırda vəziyyəti ağır-stabildir”.

ARKİ sədri Eldar Quliyevin 80 illiyi münasibəti ilə təltif edildiyini də vurğulayıb.

Qeyd edək ki, tanınmış rejissor Eldar Quliyevin bu gün 80 yaşı tamam olur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}