Deputat Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib
Tarix: 23-02-2021 11:43 | Bölmə: Xəbərlər
Deputat Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Nizami Abdulla oğlu Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında" sənəd müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra deputatlar N. Səfərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsinə razılıq veriblər.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovdur. O, həm də Ədliyyə naziridir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}