Paşinyan “İsgəndər”lə bağlı sözlərindən geri çəkilib
Tarix: 01-03-2021 14:12 | Bölmə: Xəbər lenti
Paşinyan “İsgəndər”lə bağlı sözlərindən geri çəkilib

Ermənistanın Baş naziri nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı digər məsələlərlə yanaşı, Baş nazirinin “İskəndər” raket sistemləri ilə bağlı bəyanatı da müzakirə olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Paşinyanın mətbuat katibi Mane Qevorgyan bildirib.

O deyib ki, Baş nazir mövcud faktları və məlumatları müqayisə edərək, bu mövzuda səhv məlumatlandırıldığı qənaətinə gəlib: “Üstəlik, Baş nazirin açıqlamasının hərbi və hərbi-sənaye əməkdaşlığı sahəsində Ermənistan-Rusiya münasibətlərinin məzmunu və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Şübhə yoxdur ki, Rusiya silahları dünyanın ən yaxşı silahlarından biridir. Ermənistan Respublikası Rusiya Federasiyası ilə hərbi sənaye və yüksək texnologiyalar sahələrində sıx əməkdaşlığı davam etdirir və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün addımlar atmaq niyyətindədir”.

Xatırladaq ki, N. Paşinyan mətbuata açıqlamasında Rusiya istehsalı olan “İskəndər” taktiki raket sistemlərini şübhə altına alıb və Qarabağ müharibəsi zamanı onların partlamadıqlarını və ya yalnız 10 faizinin partladığını deyib.

Bundan sonra Yerevanda siyasi proseslər daha da fəallaşıb və hətta ordu da siyasətə qarışmağa başlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}