14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Polislə dalaşan deputat saxlanılıb - Video
Tarix: 01-03-2021 15:00 | Bölmə: Xəbərlər
Polislə dalaşan deputat saxlanılıb

Rusiyada Dumanın deputatı Dmitri Klepikov aşırı spirtli içki qəbul etdikdən sonra onun ofisinin əməkdaşları polisə zəng edərək vəziyyət barədə məlumat veriblər.

Reyting.az
xəbər verir ki, Moskva polisi deputatın ofisinə gələrək onu polis idarəsinə aparmağa çalışarkən, o, polisə müqavimət göstərib.

Məlumata görə, D. Klepikov müvəqqəti saxlama təcridxanasına aparılıb və sakitləşdirmək üçün təkadamlıq kameraya salınıb. Bu zaman deputat polis əməkdaşlarına təkrar müqavimət göstərib və onları təhqir edib.

Hadisə haqqında mətbuata danışan deputat bildirib ki, spirtli içki qəbul edibmiş:

“Ofisdəkilər taksi çağırmaq əvəzinə polisə zəng ediblər. Polis gəlib məni idarəyə apardı. Orada sadəcə, mənim bağırdığım anları videoya çəkdilər”.

Deputat əlavə edib ki, polis tərəfindən döyülüb və artıq döyülməsinə dair xəstəxanadan sənəd alıb.





Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib