14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
ABŞ Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq edib
Tarix: 02-03-2021 19:02 | Bölmə: Xəbərlər
ABŞ Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq edib

ABŞ Ticarət Nazirliyi həbsdəki müxalif blogger Aleksey Navalnının işi ilə əlaqədar 14 təşkilata sanksiya tətbiq edib.

Bu barədə ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu təşkilatlardan 13-ü ticarət şirkətidir, onlardan 9-u Rusiyada, 3-ü Almaniyada, biri isə İsveçrədə yerləşir.

“Bu şirkətlərin hamısı bioloji silahların və kimyəvi silah elementlərin istehsalının fərqli aspektlərində iştirak edir”, - deyə qeyd olunub.

Qeyd edək ki, bu gün Avropa İttifaqı A. Navalnı ilə bağlı Rusiya güc strutkrularının rəhbərlərinə sanksiya tətbiq edib/APA.




Bölməyə aid digər xəbərlər