Bakıda sərnişin avtobusları qəza törədib - Foto
Tarix: 23-04-2021 02:46 | Bölmə: Xəbərlər
Bakıda sərnişin avtobusları qəza törədib

Bakının Xətai rayonunda iki sərnişin avtobusu toqquşub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

Belə ki, 13 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusunu idarə edən Məmmədov Gündüz sükana nəzarəti itirib. Avtobus qarşıda eyni marşut xətti üzrə hərəkət edən Kəmaləddin Həsənovun idarəetməsində olan sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində hər iki avtobusa ciddi ziyan dəyib.





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}