07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
07:44 / 21-10-2025
Rusiyada ən böyük neft emalı zavodu işini dayandırıb
07:38 / 21-10-2025
İsrail rəsmisi qalmaqallı açıqlama verib
23:36 / 20-10-2025
Qurban Qurbanov: "Üstünlük bəlkə də rəqib tərəfdədir, çünki..."
22:54 / 20-10-2025
Əyləncəli heyvanlar... - Fotolar
22:25 / 20-10-2025
Fərid Qayıbov COP10-un sədri seçilib
22:14 / 20-10-2025
Xələf Xələfov Tehranda İran rəsmiləri ilə görüşüb - Fotolar
18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

15:51 / 20-10-2025

16:07 / 20-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

12:02 / 16-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

Qaranlığın işığı - Vahid Qazi yazır
Tarix: 17-06-2021 12:52 | Bölmə: Xəbərlər

Bir vaxt deyirdilər Varlam Şalamov “Kalım hekayələri”ni yazmasa, adamlar sovet həbs düşərgələrində baş verənlərdən xəbərsiz olardılar. Sonra Soljenitsının “Arxipelaq QULAQ”ı da işıq üzü gördü və dünya dəhşətli həqiqətlərdən xəbər tutdu.
İlkin Rüstəmzadənin “Qaranlığın hekayəsi. Həbsxana gündəliyi” kitabı sizdə adını çəkdiyim əsərlər kimi şok yaratmaya bilər; oxuyanda deyərsiniz indi qapalı sovet rejimi deyil, Azərbaycan türmələrində baş verənlərdən xəbərdarıq. Amma mən elə demirəm, tikanlı məftillərin o üzündə bilmədiyim çox şey varmış. Məsələ tək bunda deyil. İlkinin kitabı tək-tük siyasi ədəbiyyat nümunələrimizdən biri olmaqla yanaşı tarixilik baxımından da dəyərlidir və şübhə etmirəm, gələcəkdə araşdırıcılar üçün istinad mənbəyi olacaq.
Buna qədər bizdə həbsxana gündəliyi yazan, nəşr edən olubmu, açığı, xatırlamıram. Elə siyasi memuarlarımız da təkəm-seyrəkdir. Vaqif Hüseynovun “Bir ömürdən artıq”, Əbdürrəhman Vəzirovun “Parterin ilk sıralarında”, Zərdüşt Əlizadənin “İkinci respublikanın sonu” kitablarından savayı hansısa siyasi memuara da rast gəlməmişəm.

Fikrim “Qaranlığın hekayəsi”ni təhlil etmək deyil. Bir onu deyim ki, dili, təhkiyəsi adamı yormur, axıcıdır, ağrı-acını da verə bilib, yeri gələndə yumorunu da əsirgəməyib. Müəllifin subyektiv siyasi analizləriylə razılaşıb-razılaşmamaq da oxucunun öz işidir. Mənə bu yazını yazdıran İlkinin yaşı, dünyagörüşü, etirazı, bir də inadı oldu.
Bir dəfə Bakıda insan haqlarına həsr olunmuş konfransda gözəyarı saydım ki, iştirakçıların az qala yarısı siyasi baxışlarına görə türmə yatıb-çıxmışlardır. Siyasi basqının miqyası məni heyrətə salmışdı onda. İndi vəziyyət daha da ağırlaşıb, rənglər daha da tündləşib.
Ümumiyyətlə, 30 illik müstəqillik tarixində elə bir dönəm tapmazsan ki, Azərbaycan həbsxanalarında siyasi məhbus olmasın. Bu illər ərzində heç nə dəyişməyib.
Tək dəyişən siyasi məhbus yaşının cavanlaşmasıdır!

Həbs olunanda İlkinin 21 yaşı vardı. O yaşda bizə desəydilər müstəqilliyinin 30-cu ilində də Azərbaycanda insanlar siyasi görüşlərinə görə təqib olunacaq, tutulacaq, işgəncəyə məruz qalacaqlar, inanmazdıq. Bizim tək qayəmiz SSRİ-dən qurtulmaq idi.
Elə bilirdik azadlıqla birgə xoşbəxtlik də gələcək!
Əvvəllər siyasi sistemin işi yaşlı nəsil rəqiblərlə idi, indi sanki gənclikdən ehtiyat edirlər. Repressiya öz caynağına gəncləri keçirir. Kitabın “Aprel məhbusları” fəsli də elə bu cümlə ilə başlayır: “Həmin ərəfədə 13-ə (Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsi – V.Q.) bir-birinin ardınca gənc məhbuslar gəlməyə başlamışdılar”.
İlkin Rüstəmzadə “Əsgər ölümlərinə son!” etiraz aksiyasının təşkilinə görə həbs olunub, ömrünün çiçəklənən 6 ilini türmədə keçirib. Haqsız həbs olunmuş başqa ictimai-siyasi fəallar da var. Köhnə totalitar sovet təfəkkürlü insanlar əllərindəki hakimiyyətdən yararlanıb müasir dövrün çağırışlarına səs verən, intellekt, siyasi iradə, əqidəyə sadiqlik baxımdan onlardan bir neçə baş yuxarı bir gəncliklə üz-üzə olduqlarının fərqində deyillər.
Anlamırlar ki, gəncliyə qarşı mübarizəni hələ kiminsə qazandığını tarix xatırlamır!

İkinin kitabını ürək ağrısıyla oxudum. Bu, balalara azad ölkə qura bilməməyimizin məsuliyyət acısı, kədərli etirafıydı.
Bir dəfə yazmışdım: bizim nəsil azadlıq mücadiləsindən qorxmadı, yaralandı, əlil oldu, öldü də – amma azad cəmiyyət qura bilmədi! Bizim bu tarixi uğursuzluğumuzun bədəlini bu gün balalar – gənclik ödəyir. Öz həyatları, ömürlərinin ən gözəl çağını türmə qaranlığında keçirərək.
…Qaranlıqsa işığın təsdiqidir!
Ulduzlar qaranlıq səmanın nuru olduğu kimi etirazçı gənclik də cəmiyyət qaranlığında parlayan işıqdır.
Qaranlığın işığı…
Vahid Qazi
İyun, 2021
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:48
Ruslar Xarkova hücum edib
Dünən, 18:04
Tramp Ukrayna prezidentini hədələyib
Dünən, 16:19
Venesuela həmləsi - Nurlan Umudov yazır
Dünən, 15:46
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
Dünən, 14:51
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
Dünən, 14:41
Nizami Rəmzinin qızı həbs edilib
Dünən, 13:02
Ramiz Mehdiyevin gəlini işə çıxmır
Dünən, 12:11
DİN əhaliyə çağırış edib
Dünən, 10:35
Sabiq idarə rəisi azadlığa buraxılıb
Dünən, 10:15
Goranboyda kafedə kütləvi dava: xəsarət alanlar var
Dünən, 08:11
Prezident seçkilərində “autsayder” qalib gəlib
Dünən, 07:16
Çin "Falcon 9" raketinin bənzərini yaradıb
Dünən, 00:07
İlham Əliyev Zəngilanla bağlı paylaşım edib - Video
19-10-2025, 14:39
Ayı ata və oğula hücum edib
19-10-2025, 09:07
Avropa Ukraynaya hərbi yardımı azaldıb
19-10-2025, 07:56
Zahid Oruc ittihamlarla razılaşmır
18-10-2025, 18:04
Rusiyalı bloqer evində ölü tapılıb
17-10-2025, 23:44
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
17-10-2025, 23:09
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
17-10-2025, 19:51
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
17-10-2025, 19:50
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
17-10-2025, 17:55
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17-10-2025, 16:46
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
17-10-2025, 16:20
Departament rəisi vəzifədən azad edilib
17-10-2025, 15:30
Ramiz Mehdiyev 7 saat dindirilib?
17-10-2025, 13:49
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
17-10-2025, 13:01
Qurban Qurbanov yeni biznesə başlayıb
17-10-2025, 11:57
Yasamaldakı silahlı insident: iki nəfər saxlanılıb
17-10-2025, 10:57
Üç tanınmış hakim təqaüdə göndərilir
17-10-2025, 10:47
Ruslar Krivoy Roqa kütləvi hücuma keçib
17-10-2025, 10:12
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq
17-10-2025, 10:10
Bakıda iki nəfər bıçaqlanıb
17-10-2025, 10:01
Rusiyalı müxalifətçini öldürmək istəyənlər ələ keçib
17-10-2025, 08:52
Kürdəmirdəki uşaq bağçasında yanğın olub
17-10-2025, 08:36
ABŞ ordusu gəmiyə hücum edib
16-10-2025, 22:40
Mehriban Əliyeva Vatikanda - Fotolar - Yenilənib
16-10-2025, 22:06
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
16-10-2025, 21:46
Trampla Putin Budapeştdə görüşəcəklər
16-10-2025, 20:20
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
16-10-2025, 19:43
Döyüş robotu müharibəyə hazırdır
16-10-2025, 16:56
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16-10-2025, 15:43
Keçmiş diplomata hökm oxunub
16-10-2025, 15:02
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
16-10-2025, 14:56
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
16-10-2025, 13:05
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
16-10-2025, 11:48
Xocavəndə növbəti köç olacaq