23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Mətbuat xidmətinin rəhbəri ölümlə hədələnir
Tarix: 18-06-2021 15:37 | Bölmə: Xəbərlər
Mətbuat xidmətinin rəhbəri ölümlə hədələnir

Xəzər Universitetinin İctimayətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli qonşusu tərəfindən ölümlə hədələnir. Reyting.az xəbər verir ki, bu barədə HİT.Az-a Əlövsət Əmirbəylinin yaxınları bildiriblər.

Hədələnməyə səbəb Əlövsət Əmirbəyli də daxil Keşlə qəsəbəsi Yarış küçəsinin bir qrup sakininin Daxili İşlər Nazirliyinə (DİN) və Nizami Rayon Polis İdarəsinə və digər qurumlara ünvanladıqları müraciətdir.

Məsələnin kökünə gəlincə, bildirilir ki, məhəllə sakinləri 3 ilə yaxındır evlərində rahat yaşa bilmirlər. Qayınanasının evində məskunlaşan qonşulardan biri həyətdə qanunsuz şəkildə müxtəlif avtomobillərin təmirini və satışını həyata keçirir. Qəza törətmiş avtomobilləri belə gizli şəkildə təmir edir. Məhəllədə heç kəsə əhəmiyyət vermədən günün müxtəlif saatlarında narkotik satışını həyata keçirir, gecələr isə təmirə saxladığı maşınlarda tanışları ilə qrup halında narkotikdən istifadə edir. Məhəllənin xanımları işə getməyə, uşaqları isə küçədə oynamağa qorxurlar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə olmayıb. Hətta ona qarşı çıxanları gecə yatağında öldürməklə hədələyib.

Ə. Əmirbəyli məlumatı təsdiqləyərək bildirib ki, 3 ildir qapı qonşusu olan Habil Novruzovun qanunsuz hərəkətlərinə dəfələrlə etiraz etməsinə baxmayaraq, heç nə dyişməyib.

“Dünən axşam saat 20:30 radələrində avtomobil boyama işini həyata keçirirdi. Boyanın qoxusundan evin 2-ci mərtəbəsində oturmaq mümkün deyildi. Dayandırmağı tələb etdim. Ən pis söyüşlərlə məni təhqir etdi və öldürməklə hədələdi. Mən və 9 qonşu DİN-nin “102 xidməti”nə və sahə müvəkkilinə şikayət etdik. Müraciətimiz “102 xidməti” tərəfindən qeydə alındı. Bildirildi ki, bu gün izahatlarımızı alacaqlar. Ümid edirik ki, polisin müdaxiləsi ilə problem həllini tapacaq”, - deyə Əlövsət Əmirbəyli əlavə edib.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}