Ölkəmizdə koronavirusa yeni yoluxma statistikası açıqlanıb
Tarix: 26-10-2021 14:40 | Bölmə: Xəbərlər
Ölkəmizdə koronavirusa yeni yoluxma statistikası açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 266 yeni yoluxma faktı qeydə alınıb, 1 194 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 520 068 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 486 426 nəfər müalicə olunaraq sağalıb, 6 939 nəfər vəfat edib, aktiv xəstə sayı 26703 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 552, ötən müddət ərzində isə ümumilikdə 5 131 033 test aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}