Gündoğan ölkədə ikiqat təbii fəlakət başlayıb - Foto
Tarix: 16-01-2022 11:31 | Bölmə: Xəbərlər
Gündoğan ölkədə ikiqat təbii fəlakət başlayıb

Tonqa ada-dövlətində qeydə alınan sualtı Xunqa-Xaapay vulkanının püskürməsindən sonra Yaponiyanın səkkiz prefekturasından sakinlərin təxliyyəsinə qərar verilib.

Reyting.az
“Reuters” agentliyinə istinadla bildirir ki, təxliyyə xəbərdarlığı Aomori, İvate, Miyaqi, Tiba, Tokusima, Koti, Miyadzaki və Kaqosim sakinləri üçün məcburidir. Bundan başqa, hökumət sahilyanı bölgələrin sakinlərindən müvəqqəti sığınacaqlarda yerləşmələrini xahiş edib.

İkiqat təbii fəlakətlə üzləşən gündoğan ölkənin rəsmiləri dənizdən gözlənilən güclü qasırğa səbəbindən 230 min insanı təxliyyə etməyə başlayıb.

Xatırladaq ki, dünən Yaponiya meteorologiya təhlükəsi barədə əhalini məlumatlandırıb.

Bu arada Kuril adalarında da vulkan püskürməsindən sonra sunami təhlükəsi ilə bağlı sakinlərə müraciət olunub. Bu barədə “RİA Novosti”yə ekstern xidmətin nümayəndəsi bildirib: "Saxalin UQMS-in sunami mərkəzi bu gün saat 21:00-a qədər Kuril adalarına hündürlüyü 2 metrə çatan qasırğanın yaxınlaşacağı barədə xəbərdarlıq edib”.





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}