18:25 / 06-09-2025
Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır
17:35 / 06-09-2025
Bakıda və rayonlarda xüsusi əməliyyat: kriminal şəxslər tutulub - Video
15:29 / 06-09-2025
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
15:11 / 06-09-2025
Kafedə iki nəfəri güllələyiblər - (Yenilənib)
12:12 / 06-09-2025
Bakıda “KamAZ” avtomobilin üzərinə aşıb, ölən var - Fotolar - Yenilənib
09:52 / 06-09-2025
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
09:44 / 06-09-2025
Fernandu Santuş: "Axı nəyə görə istefa verməliyəm?"
08:51 / 06-09-2025
Qayınata kürəkənini qətlə yetirib - Yenilənib
08:36 / 06-09-2025
Tramp Venesuelaya zərbə endirməyi düşünür
22:31 / 05-09-2025
İşçi qrupu növbəti iclasını keçirib - Fotolar
22:21 / 05-09-2025
Bakı-Tehran-Bakı aviareysi bərpa olunur
18:42 / 05-09-2025
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
18:05 / 05-09-2025
Britaniya baş nazirinin müavini istefa verib
17:49 / 05-09-2025
Astarada kütləvi zəhərlənmə olub - Yenilənib
17:32 / 05-09-2025
Azərbaycan və Macarıstan arasında yeni sənədlər imzalanıb
17:30 / 05-09-2025
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
17:07 / 05-09-2025
Əli Əsədov qərar imzalayıb
16:58 / 05-09-2025
Qadını maşınla vuran sürücü döyülüb
16:41 / 05-09-2025
Bakıda evlərə girən qadın saxlanııb - Video
16:11 / 05-09-2025
Atletlər Komissiyanın sədri dəyişib
15:46 / 05-09-2025
ABŞ altı ölkəni böyük təhlükə ilə üz-üzə qoyur
15:46 / 05-09-2025
Tramp: "ABŞ Rusiya və Hindistanı Çinə uduzub"
15:19 / 05-09-2025
Kreml: Ukrayna ərazisində Şimali Koreya hərbçiləri yoxdur
15:13 / 05-09-2025
"Tərtər işi": cinayət işi üzrə qərar verilib
15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
14:52 / 05-09-2025
Təqsirləndirilən şəxs: "Vardanyanın yaratdığı silahlı birləşməyə qoşulmuşam"
14:40 / 05-09-2025
Azərbaycanın üzvlüyünün bloklanması... - Rusiya da yaxından iştirak edib
13:41 / 05-09-2025
"Teleqram" üzərindən hücumlarla bağlı araşdırmanın nəticələri açıqlanıb
13:36 / 05-09-2025
Sabah hava necə olacaq? - Proqnoz
13:17 / 05-09-2025
Mask Trampın dəvətini qəbul etməyib
16:05 / 02-09-2025

19:51 / 02-09-2025

07:40 / 02-09-2025

19:47 / 01-09-2025

22:48 / 02-09-2025

11:53 / 04-09-2025

15:28 / 02-09-2025

00:10 / 02-09-2025

18:03 / 03-09-2025

11:13 / 04-09-2025

16:06 / 04-09-2025

00:18 / 04-09-2025

Söz bilənin sözünə qüvvət - Əlirza Xələfli yazır
Tarix: 02-04-2022 10:18 | Bölmə: Xəbərlər

Əlirza Xələfli
Ənvər Çingizoğlunun 60 yaşına məktub
Sosial şəbəkədən yazıçı-etnoqraf Ənvər Çingizoğlunun “Qatardan kənarda qalan kəndimiz” adlı essesini oxudum. Yazı həsrət hissləri, yurda qovuşmaq istəyinin göynəmi altında yazılıb. Elə bəri başdan onu deyim ki, bu yazı dilin bütün laylarına varmaq baxımından nadir düşüncə incisidir.
Başlıq da təsadüfi seçilməyib; Qatardan kənarda qalan kəndimiz.
Ənvər illər boyu arxivlərdə çalışıb. Etnoqrafik məlumatları toplayıb. Nəsilləri, budaqlanmış şəcərələri mübahisəsiz deyərdim ki, onun qədər dərindən bilən ikinci bir müasirimiz yoxdur. Ənvər son 500 ilin tarixi mənbələrini araşdıra-araşdıra həm də dilimizin uzaq keçmişlərəcən uzanan yollarından keçib. Ona görə də sözün neçə qat çalarından xəbərdardır.
Fəsil dəyişəndə durnalar özlərinə uyğun olan tərəflərə üz tuturlar. Qatarlanmış durnalardan təbiət zədəsi almış hansısa biri qalır. Ona el içində deyərlər ki, qatarından üzülmüş durnadır.
Qatarından üzülmüş durnaya əl uzatmaq həmişə günah sayılıb.
Ənvər Çingizoğlunun təbirində və həm də reallıqda Araz qırağındakı Xələfli qəsəbəsi qatardan kənarda qalmış durna ovqatından xəbər verir.
“Qız qalası” hövzəsinin tikintisi ilə Xələflinin yurdu şum oldu. Pərşum elədilər buradakı xarabalıqları da. Nə qədər ağrılı və faciəli olsa da, indi heç o kəndin izi də qalmayıb.
Güzəranı dəmiryoldan çıxan Xələfli qəsəbəsində iki kəndin əhalisi binələnmişdi.
Ənvərin essesini oxuyanda vahimələndim. Elə bil ki, bir az təskinliyim vardı, nə olar indi də kəndi ordan daha münasib yerə - dəmiryol xəttinin keçə biləcəyi bir yerdə qəsəbə salarlar.
Deyəsən, bu niyyət də görünmür. Elan olunan stansiyaların içində Xələfli stansiyasının adı yoxdur.
Ənvər yazısının əvvəlindəcə ürəklərdən gizilti ilə keçən duyğularını dilə gətirir: “Bu yaxınlarda Horadiz-Ağbənd marşurutunda yerləşən stansiyaların bərpası haqqında bilgi verildi. Xələfli stansiyası bu marşurutda yoxdur. Qəlbimdən bir gizilti keçdi. Mən burda, Stansiya Xələfli qəsəbəsində doğulub böyümüşəm. Uşaqlıq xatirələrim burayla bağlıdır. Xələfli stansiyası Cəbrayıl bölgəsində Diridağın qoynunda yerləşirdi. Əhalisi iki camaatdan - xələflilərdən və xudayarlılardan ibarət idi”. Ənvərin diqqətinə də, düşüncələrinin səmimiyyətinə də, hətta yurd göynəmi ilə çağlayan nitqinə də kimsənin sözü ola bilməz.
Mənə elə gəldi ki, Ənvərin yazısında Xələfli kəndinin (həm xələflilərin, həm də xudayarlıların) bir insan cildində görünən siması ilə üz-üzə gəldim. İlahi, söz necə yurdu da itmiş bir kəndi, sakinləri 30 ildə həsrətə dözməyib dünyaya göz yumub getmişlərin özü ilə birgə dirildə bilərmiş.
Ənvərin yazısında daş da diridir. Torpaq da canlıdır. Araz da öz çağlarlığı ilə, Diri də dərdi, kədəri ilə açıq-aşkar danışır.
Ənvər Çingizoğlu söz içindən söz çıxaran, bircə sözün yeddi qat layını çevirən, bir sözlə, belələrinə elə Ənvərin tərənnüm etdiyi kənddə “söz quddası” deyərdilər. Doğrudur, bu kəndin adamlarını bir yerə dəmiryolu yığmışdı. Ərsəyə gələn cavanların əksəriyyəti dəmiryolu üzə ali təhsil almağa üstünlük verirdilər. Hələ səhv etmirəmsə, Ənvərin özü də ilk ixtisas təhsili kimi dəmiryolu məktəbini seçmişdi.
Əgər Ənvərin dediyini təkar etmək caizsə, deməliyəm. Bu kəndin Sovet hökuməti yox idi. İnsanların həyat tərzi, yaşayışı zaman-zaman keçib gəlmiş dədə-baba qaydaları ilə davam edirdi. Dini mərasimlər də icra olunardı. Ancaq din insanların varlığında aparıcı deyildi.
Ənvər doğru deyir. Burada adamların, xüsusilə xudayarlıların danışığında Səfəvilərdən qalma tərz üstünlük təşkil edirdi: “Özümüzə xas ləhcəmiz vardı. Bu ləhcə bir az Təbrizlə, Ərzurumla, Kərküklə səsləşərdi. Anaya “nənə”, nənəyə “qoca” deyərdik. Xələfli stansiyasında plova “aş”, südlüaşa “şilə” deyilərdi. Acıb-atışdıranda yaxmac yox, dürmək yeyirdik”. Adicə məişətlə bağlı tərzin bu cür mənalanması 30-40 il bundan əvvəlki Ənvərin yaddaşına başdan-ayağacan bütün şirəsi ilə hopub. Yoxsa əks təqdirdə, o necə dil elementlərini belə mənalandıra-mənalandıra gətirə bilərdi.
Ənvərin o yerin camaatı ilə bağlı andları xatırlatması özgə bir aləmdir. Onu da deyim ki, mənim də ilk gəncliyimin 5 ili bu kənddə keçib. Dünyadan əli üzülmüş, özü-özünün ağası, nökəri olan bu kəndin qeyri-adi mənəvi mühiti məni 5 il öz cazibəsində saxladı. Elə bil ki, bu kəndin andları oradan çıxmaq üçün qabağımı kəsirdi. İndi həmin andların Ənvərin təfsirində mahiyyətinə varaq: “Dördcəhətli andımız vardı. Qərbə dönüb: “Mazannənə haqqı!”, şimala dönüb: “Qurbannı haqqı!”, şərqə dönüb: “Mərmər haqqı!”, cənuba dönüb: “Üşqardaş haqqı” deyərdik. Bu sınanmış andları sındırmazdııq. Allaha asi olardıq, küfr düşərdik, bu andlara əsla.
Orasını da qeyd edim ki, bizim şimal andımız: “Qurbannı haqqı!” Aşıq Dirili Qurbani ilə bağlıdı. Azərbaycanın heç bir yerində ozan-aşıq andı yoxdur. Bizimsə, müqəddəsimiz idi”. Bu andları sadəcə bir inanc kimi xatırlamaq yox, onun yaratdığı mənəvi mühitin mükəmməlliyini yada salanda bir çox sirlərin üstündən pərdə götürülür.
O Allahsız zəmanədə insanları bu andlar bir-birinə bağlayırdı. Kəndin yuxarısı, aşağısı, kasıbı, varlısı bilinməzdi. Kimin qapısını açsaydın, şirin dilinin qonağı olardın. Evində olanın hamısı süfrəyə gələrdi. Ən başlıcası, bir adamın dərdi hamının dərdi idi: “Qəsəbədə 100 yaşdan tez ölən “cavan ölmüş” hesab olunurdu. Mərhuma bütün şenlik yas tuturdu. Dəfn olunan gün ehsan verildiyindən, bütün qəsəbə əhli çörəyi evdən gətirir, yolda bir süfrədə qatırdılar. Küsülü olanlar da çörəyin hansı evdən gldiyini bilməyərək yeyirdilər. 40 gün heç bir evdə radio açılmırdı. Televizor təzə ayaq açmışdı. İndinin indisində mərhumun ardınca gedən yoxdur. Qəsəbənin kişi əhli ölünü yerə qoymadan üzü dağa, “Mazannənə” qəbrstanlığına bir neçə kilometr çiyinlərində aparırdılar”. Gördüyüm kimi yazıb. Ağrı ilə yazıb. Babam Rəhim Ağaverdi oğlu dünyasını dəyişəndə adamların babamın cənazəsini sözün həqiqi mənasında neçə km-lik diklənən dağın zirvəsinə qaldırdıqları indi də gözümün qabağındadır. İlahi, insanın insana nə qədər hörməti, ehtiramı olarmış?! Dağın zirvəsinə doğru diklənəndə salların üstüncə keçidlər yalnız iki nəfər adamın bir-birinin arxasınca keçə biləcəyi yerlər… bütün bu çətinliklərə insanlar son borcun müqəddəsliyi kimi baxırdılar. Xudayarlılar mənim ana tərəfdən qohumlarımdır. Anam Xudayarlı qızı idi. Ona görə də həm xələflilərin, həm də xudayarlıların qayğılı nəzəri bizdən əskik olmurdu.
Qəsəbədəki xələflilər üçün qəbirstanlıq Qurbani ocağı idi. Mənim Xələflidən olan babalarımın qəbirləri Qurbaninin məzarının lap yaxınlığında idi.
Ənvər Çingizoğluna təkcə ona beyət etmirəm ki, mənim də doğulub böyüdüyüm yerlərə belə sonsuz sevgisi var. Həm də ona görə beyət edirəm ki, o, sözünün iksiri ilə yaddaşları oyada bilir. Hətta mənə elə gəlir ki, onun yazısında yaddaşları korşalmış olanların ruhlarını qanatmaq gücü də var.
Xələfli qəsəbəsində toyların öz aləmi vardı. İndi düşünürəm ki, 3 gün, 3 gecə keçirilən toyları insanlar hansı güclə, hansı tavana ilə təmin edirmişlər.
Orasını da anlayıram ki, demək, burda əsas güc el birliyində imiş.

Ənvər Çingizoğlu
Ənvərin toy təsviri də təsirsiz ötüşmür. Məclislərdə Sadət müəllimin tamadalığı, hərdən, yox, elə hər toyda o kəndi tərənnüm edən, insanlara sevgilərimi aşkarlayan nitqlərim də yada düşür. Hətta kimlərin haqqında nələri demişəm, o da xatirimdə canlanır. Əsas odur ki, o vaxt dediyim sözlərin heç birisinən indi peşman deyiləm.
İndi Ənvərin yaratdığı toy mənzərəsinə baxaq: “Toy üç gün keçirilərdi. Adətən, cümə, şənbə, bazar günləri olardı. Cümə günü hər kəs evində yeyib, toya gələrdi. Şənbə, bazar günləri toy yiyəsi gildə məclis olarda. Toyda şabaş pulla olardı. Toybaşına xırda pul verib, bəy-gəlinə “Mübarəkbadlıq” edib, havadar olurdular. Rəqs, oynamaq növbə ilə idi”.
Hərdən cığallıqlar olurdu. Amma əsasən o şirin məclislər axarından çıxmazdı. Yüz yaşlı Pəri nənəmin atmacaları, 90 yaşlı Bacıxanım nənənin toyda necə ağayana oynamağı – hamısı gözlərimin önündən birər-birər keçir.
Bacıxanım nənə özü demiş, o taylı qızı idi. Hərdən qohumları gəlib rus sərhədçilərinin gözlərindən iraq, o tay Araz qırağından çağırıb Bacıxanım nənənin əhvalını soruşardılar. Bacıxanım nənə Sovet hökumətinin bütün kəsəkəslərini görmüşdü. Ona görə də çox açıq-aşkar üzə çıxmırdı, açıb ağartmırdı.
Hələ Mazannənə də Novruzun, 1 Mayın bayram ovqatı, ordakı el yığnaqları, başqa rayonlardan belə daşlanıb gələnlərin aşağı Araz qırağına – kəndə qonaq dəvət olunması… bütün bunlar həmin yuxarıda dediyim canlı Dirinin xələflilərin, xudayarlıların unudulmayan həyat cizgiləri idi: “Novruzu və “1 Mayı” “Mazannənə”də keçirirdilər. Rayonun hər yerindən qonaqlar gəlirdilər. Şən məclis, müğənni, aşıq, kəndribaz...”. Sən demə, elə həyat bu imiş. Uzaq diyarlardan yerindən-yurdundan qoparılıb gətirilmiş heyvanlar belə bizim gözəl Qafqaz mühitində övc eləmir, artmır, çoxalmır. İnsan neyləsin? O yerdən, yurddan ayrılanların bu 30 ildə necə dəhşətli bir sürəklə tələf olub getmələri ürəyimin başını göynədir.
O kənddə dava-dalaşın da maraqlı mənzərəsi vardı. Qəzəbini yeyə bilməyən qadınların ağızlarından çıxanın hərəsi indi mənim üçün heç vaxt sözə gəlməyəcək bir əsərdir: “Analarımız qonşu xalalarımızla dalaşanda bayatı ilə, bədyə ilə, beytlə savaşardılar. Təbii ki, kökləri Azərbaycan aşıq şeirinin dədəsi Qurbani ilə başlayan qəsəbə əhli aşıq olmalıydı. Üç sinif bitirmiş anam hər hansı akademikdən çox bilirdi. Bütün dastanları əzbər bilirdi”.
Necə də doğru deyir. Kənd özü bütövlükdə sanki bir sinif idi. Hamının biliyi bir axara yönəlirdi və o axardan da hər kəs öz payını götürürdü. Və mən Ənvərin o sözü ilə tam razıyam ki, Dirili Aşıq Surxay qızı Mələyin düşüncə tərzi nə qədər zəngin idi. Anam Tovuz – Firəngiz Rəhim qızı da bu kəndin övladı idi. Xudayarlılar Qaradağın məşhur Çələbiyanlılar elindən gəlmişlərdi. Onların təbiətində Sovet hakimiyyətinin, rejiminin sərt yonqarına baxmayaraq 150-200 il əvvəlki babalarının zadəganlığını hələ də saxlayırdılar.
Ənvər doğru deyir, ha özündən deyən bir kitab-dəftər alimi anam Tovuz-Firəngizlə, Mələk xalamla dilləşə bilməzdi. Onların keçmişdən, ötənlərdən danışdıqları elə həm də gələcəyin açarıdır.
Çox təfərrüata varmaq istəmirəm. Ənvər Çingizoğlu qədirbilənliklə o kəndə yeni müəllimlik havası gətirənlərin də adlarını çəkir: “Müəllimlərimiz titullu alim (Sahib Əhmədov və digərləri), şair (Əlirza Xələfli və başqaları), folklor biliciləri idilər”. Adımı Ənvərin essesində görəndə o sinif otaqlarında mənim ürəyimi necə yandırmağım, Sahibin necə can qoymağı – hamısı gözlərimin önünə gəlir.
Ənvər kəndin futbol klubundan, hətta dəmiryolu mağazasının özəlliklərindən də söz açır. Sərhəd həm də o kənddə vətənpərvərlik məktəbi idi. Əlbəttə, dövrün tələbləri miqyasında. Sərhədçilərin köməyi ilə baxdığımız filmlər böyük Sovetlər ölkəsinin əzəmətini yeni nəslə aşılamaq məqsədi daşıyırdı.
Əlbəttə, o vaxt ağlımıza gəlməzdi ki, bir vaxt gələcək, öz ordumuz bildiyimiz gücün silahı üstümüzə tuşlanacaq.
Rus dilinə xüsusi maraq vardı. Böyükdən kiçiyə hamı, demək olar ki, rus dilini müəyyən səviyyədə bilirdi.
Diri dağın bitki aləmi Ənvər demiş, göyü, pencəri, dağlarda yabanı məhsul verən narın, əncirin, üzümün həddi-hesabı bilinməzdi. İndi bir şeyə təəccüb qalıram: Heç adamlarda o dağların bitib-tükənməyən meyəvələrini yığmağa elə də maraq yox idi. Çünki hər kəsin qapısında bağ-bağat könül toxluğu yaradırdı. Ancaq Ənvərin sözünün cazibəsindən çıxa bilmirəm. Onun ifadə təzinə bir də diqqəti cəlb edirəm: “Diridağın otu-əncəri, göyü-pencəri dillə deyiləsi deyil. Orda bişirilən dovğanı, kətəni dünyanın heç yerində tapa bilməzsən. Dağdakı meri-meyvəni yığmaqla bitməzdi. Yemliyi kökü ilə yeyirdik”. Bir xəstələnən olsaydı, təcili yardım heç beş saata da, az qala bir günə də gəlib çıxa bilməzdi. Amma təhlükəli xəstələnmələr də olmurdu, ya da çox az olardı. Hətta çıxılmaz vəziyyətdə sürət qatarlarını dayandırıb vacib olanı mənzil başına da çatdırırdılar.
Ənvərin yazdığı kimi uşaqlar çox diri idi, qoçaq idi. Nə yeniyetmə dava-dalaşında, nə də idman yarışlarında heç bir kəndin uşaqları bu kəndin yeniyetmələrinə dov gələ bilməzdi.
Təbiəti də qeyri-adi idi o yerlərin. Zəhərli gürzələri dağı-daşı bəzəyirdi. Amma mən heç vaxt eşitmədim ki, kimisə ilan çalsın.
Ənvər bu yerlərin min dürlü üzünün hamısını yazıya gətirir. Öz də sözünün gücü elədir ki, bircə sətirdə bir kitablıq məna sığdıra bilir. Və nəhayət, yazı çox kədərli bir ovqatla bitir: “Mənim uşaqlığım belə bir stansiyada öz qatarını gözləyib. Xələfli stansiyası. Ta ordan qatarlar şərqdən qərbə, qərbdən şərqə getməyəcək. Ta Araz o uşaqları layasıyla yatırmayacaq... “Xudafərin” və “Qızqalası” hidroqovşaqları ilə bağlı Xələfli stansiyası Horadiz-Ağbənd marşrutundan kənarda qaldı...”.
Azərbaycanın görkəmli mədəniyyət xadimi Ənvər Çingizoğlunun bu göynəmləri qəlbimi sızlatsa da, varlığımdan gizilti ilə keçsə də, başımın üstünə yığılmış qara, qorxulu duyğularımı qovub dağıtdı.
Ənvərə yazını oxuyandan sonra yaşadığım duyğuları məktubvari bir ovqatla çatdırmaq istədim. Bu o günlər idi ki, hər an acı xəbərlər gözləyirdim: “Öpürəm səni... yazını oxudum... kimsəyə bildirmirdim... ağır xəstəlikdən çıxdım... indi pis deyiləm... bir neçə günə tam bərpa olaram... Üstəlik böyük oğlum da Kiyevdə mühasirədə qalmışdı... onlar çıxandan iyirmi dəqiqə sonra vağzalı vurdular... nə qədər ölən və yaralanan var... Nə isə ... oğlum salamat çıxa bildi... Ukrayna, Moldova, Rumıniya, Bolqariya, Türkiyə, Gürcüstan, Azərbaycan marşrutu üzrə gəlir. Hələ Gürcüstana çatmayıb... Bu hisslər varlığımı elə işğal edib ki, sanki olan-qopan taqətimi də çəkib alıb. Yazmaq mənim üçün çətinləşib... və çox güman gücüm çox azalıb...
Bəlkə gücümün bərpasına sənin yazının çox köməyi oldu...
Dağ-daşla, per-pencərlə, dağların mer meyvəsi ilə canlı təmasa girdim...
Ənvər bəy, sən mübahisəsiz olaraq yeni əsrin dil və özünü reallıqla ifadə baxımından nadir bir simasısan...
Gələcək nəsillər dilimizdə nəyi itirsələr, bilirəm ki, sənin əsərlərindən tapacaqlar...
Dilin əvəzsiz viki anbarıdır sənin əsərlərin... Yazın həmişəki kimi görkəzmə bir aləmdir... Oxuduqca sinəm qalxıb düşürdü... Özümü saxlaya bilmirdim...
Gələcəyin adamları sənin sözünün izi ilə mənəvi mühitlərində Dirini görə, səyahət edə, bir sözlə, bərpa ilə ruhlarında yaşadacaqlar... Uca Tanrı səni zamanın nəbzi və nəfəsi kimi yetirib... Sənin yazında dağ keşnişinin ətrini duyduğum kimi, bir yovşan qoxusunu da kəskinliyi ilə duydum... Qız qalasına çatmamış yolun üstündəki qoşa qara əncirlər, o ərazinin yovşan çöllüyü gözlərimdə bitdi...
Sən tarixdən yazanda hadisələrin iştirakçısı kimi şahid olursan, təbiətdən yazanda dönüb olursan Ballı qaya... sözün hər mənasında... sətirlərin balı süzülür... Günümüzün real mənzərəsi də sənin büllür saflığında güzgülənir... kinsizliyin, qərəzsizliyin, insanlara doğmalığın, hər kəsə özünü mənən borclu bilməyin... bütün bunlar məni həqiqətən heyran edir...
Ənvər Çingizoğlu, sən kifayət qədər dövlət səviyyəsində etiraf olunursan... İnsanlar da səni sevir... Yazıda mərhum Sahib Əhmədovun və mənim də adımı xatırlatmısan... Bir daha inandım...heç nəyin itmədiyinə, heç nəyin unudulmadığına... Sən indi mənim üçün Diri dağının bir parçasısan... sadəcə yeriyən, danışan, yazıları ilə möcüzələr yaradan parçası... Cəvahir ləl Nehru deyirmiş ki, Himalay sidrisi olmasaydı dağları bu qədər sevə bilməzdim...
Sənin yazıların keçmişlə, tarixlə gələcək arasında sarsılmaz bir körpüdür.
Bu günlərdə “Yaddaş yanğısı” (Yurd yeri düşüncələri) adı ilə qələmə aldığım poema-essemdən bir parça sənin görkəzmə işlərinə güzgü tutur:
Aşıq Surxay yurdu, Sərxanın evi,
Dayılarım eli, yurdu yox olub.
Budurmu bir elin sonu, görəvi,
Niyə ulamadı, qurdu yox olub?
Sözün bu yerində dağlar deyir ki,
Ənvər Çingizoğlu yaddan çıxmasın;
Bənövşəli kollar boyun əyir ki,
Sözüm ətir alsın, daddan çıxmasın.
Hər sözü dağlardan dərilmiş çiçək,
Dillənsə ruhunda qada sovandır;
Əzizlə, tutya bil, varlığına çək,
Hər kəlmə yurd yeri, addır, ünvandır.
Gəlsə, axın-axın sirlər üstünə,
Ənvərin sözünü açar bil, açar;
Getsən, bir ocağa, pirlər üstünə,
Hikməti üstünə işıq, nur saçar.
Mənalar səyyahı gəlsə mülkünə,
Gözləri qaralar sərhədlərində;
Bir nəzər yetirsə zəhmət görkünə,
Görər ki, nələr var hər əsərində.
“Yük üstü çadırlı” Xudayarlının,
Keçmişi danışar macqal dilində;
“Yük altı qatırlı” Xudayarlının,
Tarixi bəzənər sözün gülündə.
Dirili Surxayın sazı, cürəsi,
Ənvərin ruhunda ozan səsidir;
Diri dağlarının dərdi, çarəsi,
Onun öz eşqidir, öz nəfəsidir.
“Qarabağın aran ağzı – Arazbar”,
Gülləndi düz “Sözün nübar çağından”;
“Qarşı yatan Qaradağ”da hər bahar,
Bizə qol göndərər öz ocağından.
Onu Diri doğdu, Araz böyütdü,
Mayası yoğrulan zəhmət təridir;
Ömür dəyirmanı zaman üyüdür,
Vaxtın bərəkəti əsərləridir.
Bizim memar Rizvan sevgisi ilə,
“Aydınlıq içində” söz yolu tutdu;
Qədim “Muğanlılar”, “Avşarlar” belə,
“Qəlbin harayı”nda düz yolu tutdu.
“Qarabağ xanlığı”, “Şuşa şəhəri”,
Dirildi Ənvərin səltənətində;
Cavanşir mahalı açdı səhəri,
Boy verdi zəhmətin söz sənətində.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:11
Kafedə iki nəfəri güllələyiblər - (Yenilənib)
Bu gün, 09:44
Fernandu Santuş: "Axı nəyə görə istefa verməliyəm?"
Bu gün, 08:51
Qayınata kürəkənini qətlə yetirib - Yenilənib
Bu gün, 08:36
Tramp Venesuelaya zərbə endirməyi düşünür
Dünən, 17:49
Astarada kütləvi zəhərlənmə olub - Yenilənib
Dünən, 15:46
Tramp: "ABŞ Rusiya və Hindistanı Çinə uduzub"
Dünən, 15:13
"Tərtər işi": cinayət işi üzrə qərar verilib
Dünən, 13:05
Qarabağdan köçənlər Ermənistanda vətəndaşlıq alır
Dünən, 12:51
İsrail ordusu Qəzzanın 40 faizini nəzarətə götürüb
Dünən, 12:28
Adəm Məmmədov azadlığa buraxılıb - Fotolar
Dünən, 11:26
Tramp tezliklə Putinlə danışacaq
Dünən, 08:43
Çin nüvə arsenalını gücləndirir
Dünən, 08:09
Ruslar Zelenskini Moskvada sınamaq istəyirlər
4-09-2025, 22:59
Ermənilərin Bakıda növbəti məhkəməsi keçirilib
4-09-2025, 15:05
Çin və Rusiya liderləri 150 il yaşamaq istəyirlər
4-09-2025, 14:01
Qazaxıstan XİN başçısı saxlanılıb? - (Yenilənib)
4-09-2025, 11:50
Bacısı oğluna işgəncə verən qadın tutulub
4-09-2025, 11:12
Ermənistanın ABŞ-dakı səfirinin qardaşı saxlanılıb
4-09-2025, 10:42
Telefonda icra başçısını təhqir edən şəxs cərimələnib
4-09-2025, 09:37
Çexiya Almaniyadan 44 tank alacaq
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
4-09-2025, 07:43
London: Pekin paradı “dikbaşlıq aktı” idi
3-09-2025, 16:57
Sosial mediada qadınları şantaj edən şəxs tutulub
3-09-2025, 16:00
Bəzi yerlərdə leysan yağacaq - Xəbərdarlıq
3-09-2025, 14:44
Yaqub Məmmədovun oğlu prorektor təyin olunub
3-09-2025, 13:22
Xankəndidə müğənni narkotikə görə həbs edilib
3-09-2025, 13:19
Uşaqları ac saxlayan bağça müdiri vəzifədən çıxarılıb
3-09-2025, 12:18
Ukrayna Rusiyanın 451 hava hədəfini məhv edib
3-09-2025, 12:11
Xəzər Universitetinə rektor təyinatı olub
3-09-2025, 11:08
Səhiyyə nazirinə müşavir təyin olunub
3-09-2025, 10:41
İsmayıllıda dilindən arı sancan kişi ölüb
3-09-2025, 10:33
Əliyevlə Putin salamlaşıblar - Video
3-09-2025, 10:11
Kiyevdə azərbaycanlı ata və oğlu güllələnib
3-09-2025, 09:25
Bu gün Bakının üç rayonunda qaz olmayacaq
3-09-2025, 07:45
Pekindəki paradda üç lider yanaşı dayanıb
2-09-2025, 22:48
Tiktoker Xosrov həbs olunub
2-09-2025, 19:08
Sabunçuda uşağa işgəncə verən qəyyum saxlanılıb
2-09-2025, 17:20
Gədəbəydə dağlıq ərazidə yanğın olub
2-09-2025, 14:30
Abşeronda 51 yaşlı qadın öldürülüb
2-09-2025, 13:52
TikTok-da intim görüntülərlə şantaj edən şəxs saxlanılıb
2-09-2025, 12:57
Prezident və xanımı qatarla Pekinə gedib - Video
2-09-2025, 11:02
Həkim-stomatoloq həbs olunub
2-09-2025, 10:52
Astarada məsciddə mollanı bıçaqlayıblar
2-09-2025, 10:41
Muxtar Babayev: "Su problemi çox təhlükəli hal ala bilər"
2-09-2025, 10:35
Məktəbli geyimlərinin satıldığı ünvanlar... - Siyahı
2-09-2025, 09:29
Generalın oğlu İngiltərədə şirkət açıb - Sənədlər
2-09-2025, 09:10
Şəkidə maskalı şəxslər evə basqın edib
2-09-2025, 07:59
Vaşinqton Karakasa silahlı müdaxilə edəcək?
2-09-2025, 07:49
Sitalçaydan keçən kanalda iki nəfər batıb