Vaşinqton Karakasa silahlı müdaxilə edəcək?
Tarix: 02-09-2025 07:59 | Bölmə: Xəbərlər / Dünya
Vaşinqton Karakasa silahlı müdaxilə edəcək?

“ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonla Karakas arasında silahlı münaqişəyə başlamaq istəyir”.

Reyting.az
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu fikri Venesuela prezidenti Nikolas Maduro mətbuat konfransı zamanı səsləndirib.

Bundan başqa, Maduro sosial mediada yayımlanan çıxışında “Marko Rubio sizin (Prezident Donald Trampı nəzərdə tutur-red.) əllərinizi qana bulaşdırmaq istəyir”,- deyib.

Venesuela prezidenti amerikalı həmkarı Donald Trampı ABŞ-nın xarici siyasət idarəsinin rəhbərinə daha çox diqqət yetirməyə çağırıb: “Rubio Venesuela və bütövlükdə Latın Amerikası ilə müharibəyə başlamaq istəyir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər