16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Bakcell" ilə "Nar” müştərilərinə hörmətsizlik edir
Tarix: 22-09-2022 14:23 | Bölmə: Xəbərlər
"Bakcell" ilə "Nar” müştərilərinə hörmətsizlik edir

Dünən "Bakcell" və "Nar” mobil operatorlarının fəaliyyətində problem yaranıb. Mobil operatorların şəbəkəsindəki texniki nasazlıq səbəbindən abunəçilərin rabitə və data xidmətlərinə çıxışı məhdudlaşdırılıb

Reyting.az
xəbər verir ki, "Bakcell" və "Nar”dakı problem vətəndaşlarla yanaşı bir sıra şirkətlərin fəaliyyətinə də təsirsiz ötüşməyib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, bu hal istehlakçıların hüquqlarının pozulmasıdır: “Çünki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda qeyd olunub ki, bazarda hökmran mövqe tutan tərəf istehlakçını fasiləsiz və keyfiyyətli xidmətlə təmin etməlidir. Müəyyən texniki problemlər olanda isə mütləq istehlakçılardan üzr istənilməli, müəyyən endirimlər, bonuslar təklif olunmalıdır. Çox təəssüf ki, bu kimi problemlər Azərbaycanda mövcuddur”.

AİB sədri deyib ki, bu şirkətlərin yalnız bu deyil, istehlakçıdan pul qoparmaq kimi problemləri də var: “Dəfələrlə mənə bu barədə zənglər gəlir”.

E.Hüseynovun sözlərinə görə, xaricə gedən insanların nömrəsinə bəzən 4 min manata yaxın borc yazılır: “Sonra da şirkət belə izah verir ki, istehlakçı telefonun hansısa funksiyasını açıq qoyub. Belə çıxır ki, telefon istehsalçıları ilə mobil operatorlar arasında razılaşma var. İstehlakçının əli səhvliklə hansısa funksiyaya dəyəndə ondan pul çıxır. Bir sözlə, istehlakçılarla bağlı çox problemlər var”.

“Hökumət bazara çoxlu operator buraxmalıdır”,- deyən E. Hüseynov hesab edir ki, belə olan halda rəqabət, keyfiyyət artar və xidmət haqqı aşağı düşər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}