Ölkəmizdə COVID-19-a yoluxma azalıb
Tarix: 03-10-2022 17:06 | Bölmə: Xəbərlər
Ölkəmizdə COVID-19-a yoluxma azalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 821 661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 810 929 nəfər müalicə olunaraq sağalıb, 9 919 nəfər vəfat edib, aktiv xəstə sayı 813 nəfərdir.

Ölkədə son sutka ərzində 1580, hazırkı dövrədək isə 7 256 426 test aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}