Emmanuil Vitorqan Bakıda konsert verəcək
Tarix: 28-07-2023 11:53 | Bölmə: Mədəniyyət
Emmanuil Vitorqan Bakıda konsert verəcək

Noyabrın 5-də əslən azərbaycanlı olan Rusiyanın Xalq artisti Emmanuil Vitorqan Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Reyting.az
xəbər verir ki, Azərbaycanın "Fəxri mədəniyyət işçisi", tanınmış həmyerlimiz yeni "Həyat davam edir" yubiley mono-tamaşasını təqdim edəcək.

Qeyd edək ki, yaradıcılıq fəaliyyətinin 60-cı ilini qeyd edən aktyor hər zaman Bakıda olmaqdan və həmyerlilərinin qarşısında çıxış etməkdən məmnunluğunu bildirir.

Biletləri İticket.az saytından onlayn və şəhərin kassalarından əldə etmək olar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}