Sovet dövrünün məşhur aktrisası ABŞ-da vəfat edib
Tarix: 20-09-2023 18:59 | Bölmə: Mədəniyyət
Sovet dövrünün məşhur aktrisası ABŞ-da vəfat edib

Sovet teatr və kino aktrisası Lyubov Maykova ABŞ-da vəfat edib. Reyting.az-ın xəbərinə görə, "Rossiyskaya qazeta" ötən dövrün məşhur aktrisasının sentyabrın 18-də dünyasını dəyişdiyini yazıb.

Xatırladaq ki, Maykova 1986-1989-cu illərdə Kiçik Dram Truppasında çalışıb və onun banisi olub. O, "Qar kraliçası"nda Gerda, Şekspirin "Riçard III" filmində Marqarita obrazını canlandırıb.

Filmdə 1980-ci ildə debüt edib. Aktrisa "Xəyal etmədin","Gözəllik salonu", "Nofelet haradadır?" və "Fleyta üçün unudulmuş melodiya"da oynayıb.

Qeyd edək ki, Maykova səksəninci illərin sonlarından ABŞ-da yaşayırdı. Ölümün səbəbləri açıqlanmır.

LEYLA




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}