Bakıda Qırğız Kino Günləri başlayıb - Fotolar
Tarix: 24-04-2024 09:21 | Bölmə: Mədəniyyət
Bakıda Qırğız Kino Günləri başlayıb

Aprelin 23-də Bakıda Qırğız Kino Günlərinin açılış mərasimi olub.

Reyting.az
-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycana dost və qardaş ölkə olan Qırğızıstanın kino sahəsində olan uğurlarından danışıb.

Qırğızıstan Respublikasının Mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Altınbek Maksutbekov Azərbaycan və Qırğızıstan dövlət başçılarının səmimi dostluq münasibətlərinin son illərdə hər iki ölkə arasında olan müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verdiyini vurğulayıb.

Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmanaliyev Bedirbekoviç də öz növbəsində ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərindən danışaraq, bu əlaqələrin inkişaf perspektivlərindən söz açıb.

Sonra, rejissor Ruslan Akunun qısa müddət ərzində Mərkəzi Asiya ölkələrində və Rusiyada uğur qazanmış tammetrajlı “Cənnət anaların ayaqları altındadır” filmi nümayiş olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə aprelin 23-dən 26-dək Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri davam edir.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}