16:35 / 17-12-2024
Ustadın ömürlük sualı
"Tufanlı aşırım"ı növbəti dəfə ekranlara çıxaracaqlar
Tarix: 16-12-2024 13:48 | Bölmə: Mədəniyyət
"Tufanlı aşırım"ı növbəti dəfə ekranlara çıxaracaqlar

Marqot Robbinin iştirakı ilə çəkilmiş "Tufanlı aşırım" filminin nümayişi 2026-cı ilin fevralın 13-nə planlaşdırılır.

Reyting.az
xəbər verir ki, yeni filmdə baş rolları Ceykob Elordi ilə Marqot Robbi oynayır.

ABŞ, həmçinin Böyük Britaniya və digər ölkələrin oxucularına yaxşı tanış olan Brontenin bu məhşur romanı yolları kəsişən iki ailədən - Ernşou ilə Linton ailələrinin başına gələn hadisələrdən bəhs edir. Əsərin əsas süjeti Linton ailəsinin övladlığa götürdüyü oğlu Hitkliffin sevgiyə düçar olması, bunun nəticəsində hər iki ailənin əleyhinə çətin münasibətlər yaratmasıdır.

Yeni filmin rejissoru və ssenari müəllifi Emerald Fennelldir. Film "Warner Bros" kino şirkətində istehsal olunub.

Yeni adaptasiya hələ dəqiq məlum deyil, lakin deyilənlərə görə, romanın əsasında lentə alınmış bu filmin müəllifləri az qala, klassik əsər sayılan məlum hekayəni ciddi şəkildə dəyişdirmək fikrindən uzaqdırlar.

"Tufanlı aşırım" romanı əsasında ilk film 1920-ci ildə çəkilib. Bu məşhur əsər daha sonra rejissorları cəlb etməyə başlayıb və ən yaxşı kino materialı kimi dəfələrlə bir çox studiyalar tərəfindən ekranlaşdırılıb.

Yazıçı Emili Brontenin müəllifi olduğu bu roman əsasında 1939, 1954, 1970, 1978, 1985, 1988, 1998, 2002, 2003, 2004, 2007, 2009 və 2011-ci illərdə filmlər, 2007-ci, 2011-ci illərdə isə teleseriallar çəkilib.

İngilis yazıçısı və şairə Emili Brontenin bu orijinal romanı 1850-ci ildə nəşr olunub. "Tufanlı aşırım" romanı çap edildiyi ildən bu günə qədər ən maraqlı və oxunaqlı əsərlərdən biridir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər