Azərbaycanda iki teatra “akademik” statusu verildi
Tarix: 05-03-2019 15:48 | Bölmə: Mədəniyyət
Azərbaycanda iki teatra “akademik” statusu verildi

Prezident İlham Əliyev “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” sərəncam imzalayıb.

Reyting.az xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsini on beş gün müddətində təmin etmək tapşırılıb.

Həmçinin Nazirlər kabinetinə Azərbaycan prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat vermək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}