07:16 / 22-10-2025
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
00:11 / 22-10-2025
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
23:44 / 21-10-2025
Əli Əsədov Gürcüstana səfər edib
23:39 / 21-10-2025
İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - Foto
23:28 / 21-10-2025
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
19:15 / 21-10-2025
Həcc ziyarətinə sənəd qəbulu başlayır
18:51 / 21-10-2025
Yüksək temperatura dözümlü metal ixtira ediblər
18:00 / 21-10-2025
“Atletik”in baş məşqçisi: "Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz..."
17:59 / 21-10-2025
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
17:48 / 21-10-2025
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
17:24 / 21-10-2025
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
17:11 / 21-10-2025
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
15:54 / 21-10-2025
Azərbaycanda SSRİ və imperiya maraqlarına xidmət xülyası ilə yaşayanlar var
15:41 / 21-10-2025
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
15:34 / 21-10-2025
"Qarabağ” azarkeşlərə müraciət edib
14:55 / 21-10-2025
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - (Yenilənib) - Fotolar
14:50 / 21-10-2025
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
14:40 / 21-10-2025
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..."
14:12 / 21-10-2025
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
14:08 / 21-10-2025
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
13:59 / 21-10-2025
Ukrayna parçalana bilər
12:11 / 17-10-2025

12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

14:39 / 19-10-2025

Sofiya Rotarunun ürəyini əbədi fəth edən kişi - Fotolar
Tarix: 19-05-2019 14:21 | Bölmə: Mədəniyyət / Fotoqalereya

Ötən ilin fevral ayında sosial şəbəkədə Maldiv adalarında istirahət edən 70 yaşlı Sofiya Rotarunun gizli ərə getməsi haqda informasiya yayılmışdı.
Tanınmış müğənninin oğlu Ruslan Yevdokimoneko bu söz-söhbətə gülərək belə nöqtə qoymuşdu: “Mən axmaq fikirləri şərh etmirəm. Onun ürəyi fəth edilib, mərhum əri tərəfindən, həmişəlik, mənə inanın”.
Sofiya Rotarunun əri Anatoli Yevdokimenko 2002-ci ildə, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdikdən sonra vəfat edib. Onlar 34 il birlikdə yaşayıblar.
Reyting.az xəbər verir ki, ukraynalı müğənni Sofiya Rotaru ömrü boyu bir kişini sevib. Lakin taleyi elə gətirib ki, Anatoli Yevdokimenko xərçəngdən dünyasını dəyişib. Ulduz müğənni isə öz məhəbbətinə əbədi sadiq qalıb.
“Bu mahnını bütün həyatını mənə həsr edən adama... ərim Anatoli Yevdokimenkoya həsr edirəm”.
Sofiya Rotaru ərini itirəndən 6 ay sonra səhnəyə çıxıb. Qayıdış çox çətin olub. Rotaru oxumaq, yaşamaq istəməyib... Yalnız o zaman oğlu Ruslan onu yenidən səhnəyə çıxmağa, yenidən bənzərsiz və valehedici olmasına razı sala bilib. Onu həmin anlarda milyonlarla tamaşaçı gözləyirdi...
Sofiya Rotaru və Anatoli Yevdokimenkonun tanışlıqları çox qeyri-adi olub. Rotaru Çernovitsk filarmoniyasının solisti idi.
Uralda xidmət edən oğlan “Ukrayna” jurnalının üz qabığında təsadüfən özfəaliyyət kollektivlərinin respublika baxışının qalibi olan 17 yaşlı Sofiya Rotarunun şəklini görür. 1965-ci il idi. Anatoli fotoya vurulur. Xidmət yoldaşlarının yanında isə belə öyünür: “Bizim kəndlərdə belə qızlar var. Şəhərlərdə belə qızları təsəvvür edirsiniz?”

Ordudan tərxis olunan Anatoli xoşuna gələn qızla tanış olmaq üçün Çernovtsa gəlir, ancaq onun axtarışı uğurla nəticələnmir. Yevdokimenko Çernovits universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunur, üstəlik estrada orkestrində trubada ifa edir. Bir dəfə tale onu sürprizlə üzləşdirir. Musiqi məktəbinin tələbəsi Sofiya Rotarunu universitetin səhnəsində çıxış üçün dəvət edirlər. Anatoli orada qiyabi sevgisi ilə tanış olur.
Yevdokimenko müğənnini axtarır. İsrarla ona qayğı göstərir, amma sevgilisi soyuq münasibətdə qalır...
İki il arxasınca gedir. Sofiyanın yaşadığı yataqxananın pəncərəsi altında dayanır. Sofiya görüş təyin edir, özünün yerinə rəfiqəsini göndərir. Anatoli qıza əlini və ürəyini təklif edir. Qız razılaşmır, bunu izah edəndə deyir ki, anası onun yalnız moldovalıya ərə getməsinə razılıq verə bilər. Anatoli onda Moldova dili öyrənir. Anatoli iki il gözləyir, sonra “son tədbirə” əl atır. Qardaşı həmin vaxt vilayət komsomolunun birinci katibi işləyirdi. Rotaru məktəbdə oxuyurdu, onu telefona çağırırlar: “Sonya, səni vilayət komitəsindən soruşurlar”.
Təəccüblənən qız sürətlə telefonun dəstəyini götürür... Və tanış səsi eşidir: “Dəstəyi yerə qoyma!” O, təslim olur. Sonradan özü də vurulur. – Bir gözəl gün görüşə getməyə özüm razılaşdım, - Sofiya özü belə xatırlayır. – Biz mərkəzi meydanda görüşdük. Mən həmin vaxt ona baxanda özümdə nə baş verdiyini bilmədim. Onun gözlərini gördüm, bədənimdən elektrik keçdi. Başa düşdüm ki, vurulmuşam. O, yenidən görüş təyin etdi. Sonrakı görüşlər üçün saatları və dəqiqələri sayırdım.
1968-ci il sentyabrın 22-də Rotarunun vətənində, Marşintsaxda 200 nəfərin iştirakı ilə kəndsayağı toy ediblər. Toyun ssenarisini Anatoli fikirləşib: estrada orkestri kəndli musiqiçilərlə növbə ilə çıxış edib. Gənc ailə bal ayını Novosibirskdə - Anatoli Yevdokimenkonun təcrübə keçdiyi 105-ci hərbi zavodda keçirib. Zavodun yataqxanasında yaşayıblar. Sofiya yemək bişirib, axşamlar isə “Otdıx” (İstirahət) klubunda oxuyub. Həmin vaxt o artıq Bolqarıstanda Ümumdünya gənclərinin və tələbələrinin XI xalq mahnıları festivalında qalib olmuşdu. Qəzetlər yazırdı: “Sofiya Sofiyanı fəth edib”.
Uşaq dünyaya gətirmək üçün ərini aldadır. Rotaru ərə gedəndə övladı olmasını arzulayırdı, əri isə daha çox yaradıcılıq planları haqda düşünür, bu səbəbdən nəsil barədə düşünmürdü. Sibirdən qayıdandan sonra gənc ailə valideynlərinin ikiotaqlı mənzilində yaşayır. Pul çatışmırdı, Sofiya və Anatoli valideynlərdən pul istəməyi özlərinə sığışdırmırdılar. Onda Sofiya hiyləyə əl atır. Ərinə hamilə olduğunu söyləyir. O, sayıqlığını artırır və varisinin dünyaya gəlməsini gözləməyə başlayır. Düzdür, bunun üçün 9 yox, 11 ay gözləməli olur. Çünki Rotarunun hamiləliyi həmin söhbətdən iki ay sonra başlayır.

Rotaru bazar günündən bazar ertəsinə keçən gecə doğum evinə düşüb. Əvvəlki gün boyu ağlayıb: əri onu özü ilə balıq ovuna aparmadığına görə. Anatolinin valideynləri deyiblər: “Sonya, sən hər an doğuşa gedə bilərsən, sənisə karp tutmağa gedirsən”.
Anatoli axşamüstü görünməmiş ov ilə qayıdır. Sofiya ilə birlikdə tanış musiqiçilərə baş çəkməyə gediblər. Ağırlar evə qayıdanda yolda tutub. Sofiya isə xəstəxanaya tələsmirdi. O, əvvəlcə əri ilə birlikdə doğum evinə gedəcəyi donunu ütüləyir. 1970-ci il avqustun 24-də Sofiya Rotarunun oğlu Ruslan doğulur. Anatoli arvadını və oğlunu orkestrlə qarşılayır.
1971-ci ildə Sofiya Rotarunun solisti olduğu “Çervona ruta” estrada kollektivi yarandı. Ansamblın rəhbəri Anatoli Yevdokimenko olur. O, baxmayaraq ki, bir zaman universitet kafedrasında işləmişdi, elmlə məşğul olmuşdu, Sofiyanın xətrinə Anatoli peşəsini dəyişir və Kiyev mədəniyyət institutunun rejissorluq fakültəsini bitirir. “Çervoina ruta”nın ilk çıxışı Ulduz şəhərciyində olur.
Sofiya Rotaru və Anatoli Yevdokimenko birlikdə 30 ildən çox yaşayırlar.
Müğənni bütün bu illər ərzində ərinin ondan ötrü hər şey – prodüsser və səhnə quruluşçusu, rejissor, direktor və mühafizəçi olduğunu söyləməkdən yorulmayıb. O, onun bütün arzularının icraçısı idi. Səhər tezdən, hətta harada qastrolda olmalarına baxmayaraq, bazara gedər, premyera ərəfəsi narahat olmasın deyə Sofiyaya ürəyi istədiyini hədiyyə kimi alardı.
“Mən həmişə repertuar, mahnı seçimi, səhnə kostyumları ilə bağlı Anatoli ilə məsləhətləşərdim.
Bütün bu illər ərzində mən onun çiynini hiss edirdim, arxaya boylanmağım lazım deyildi, mən bilirdim ki, arxa cəbhəm etibarlı təmin olunub, həmişə hiss edirdim ki, arxamda möhkəm divar var. Mənim işim yaxşı oxumaq və yaraşıqlı görünmək idi”, - Rotarunun sözlərinə görə, Anatoli özü də belə deyirdi.

Səyahətlər zamanı Rotaru oğlunu evdə saxlayardı, ərindən heç vaxt ayrı qalmazdı. O hesab edərdi ki, ən yaxşı istirahət - əri ilə balıq ovuna getmək, meşədə göbələk yığmaqdır, əgər bütün ailə evə yığışardısa, ruh yüksəkliyi ilə nahar hazırlayar, təmizlik işləri aparardı. Son vaxtlar bağı sevirdi, oğulları valideynləri üçün Yalta yaxınlığındakı Nikita qəsəbəsində ev tikdirmişdi.
Aktyor həyatı şayiə, dedi-qodu olmadan keçmir. – Kimləri mənimlə evləndirmədilər! – Rotaru deyir. – Xalq öz arasında kumirlərini "evləndirmək" istəyir. Mənə Volodya Matetskini, Yaka Yollanı və Yaroslav Yevdokimovu verdilər... Voznesenski ilə biz yalnız konsertlərdə, böyük tədbirlərdə ünsiyyətdə olmuşuq. Mənim yeganə həqiqi sevgilim isə ərim olub.
Sofiya onu bir an belə nəzarətdən qoymayan gənc hərbçiyə birdəfəlik ərə getməyə hazırlaşmırdı. Amma hər şeyə rəğmən Anatoli onun ürəyini fəth edə bilir. Moldova dilində təklifini səsləndirəndən sonra isə Rotaru ona ərə getməyə razılaşır.
Onlar ən xoşbəxt yaradıcı cütlük olub. Yevdokimenko Rotaru üçün Çervona ruta ansamblını yaradır və bədii rəhbəri olur. O, sərbəst şəkildə bir neçə alətdə ifa etməyi də öyrənir. Əgər sevimli mahnısı üçün kontrabas, yaxud skripkaya ehtiyac yaranırsa, Anatoli repetitoru dəvət edir və bir neçə həftəyə bu alətdə ifa etməyi öyrənərdi.
Onların birlikdə 30 ildən çox yaşaması Yevdokimenkoya ölümcül diaqnoz qoyulana qədər davam edir.
Dəhşətli xəstəliklə mübarizə 5 il davam edib. Sofiya qastrola gedəndə hər saat ərinə zəng edib. Lakin sevimli ərini xilas edə bilməyib.
Bu dəhşətli itkidən sonra Rotaru taym-aut götürüb – bundan sonra necə yaşamaq haqda düşünüb. Altı ay sonra yeganə adama – Anatoli Yevdokimenkoya həsr etdiyi mahnıları ifa etmək üçün səhnəyə qayıdıb.
Son 5 il müğənni üçün böyük itkilər dövrü olub. – Əvvəlcə anam öldü. Onun şəkər xəstəliyi vardı. Neçə il keçsə də, mən hələ də onunla xəyalən danışıram. Yalandır ki, zaman bütün yaraları sağaldır. Ancaq həqiqətdir, deyirlər ki, bədbəxtlik tək gəlmir. Anamın ölümündən yarım il sonra Tolya insult oldu, 6 ay sonra isə onun atası öldü. Daha 6 ay sonra mənim ən yaxşı rəfiqələrimdən biri dünyadan köçdü.
1997-ci ildə həkimlər Rotaruya dəhşətli xəbər verirlər: Anatoli Yevdokimenko xərçəngə tutulmuşdu. Sofiya vurnuxurdu, onun böyük qastrol turu təyin olumuşdu, o cümlədən Novosibirskdə konserti olmalı idi. Bu zaman əri gözlənilmədən onunla getməyə qərar vermişdi – o, onların bal ayını keçirdikləri şəhərdə bir dəfə də olmaq istəyirdi. Sonra Almaniyaya qastrolu zamanı. Rotaru ərini müayinə üçün yerli klinikaya gətirir, həkimlər orada müəyyən edirlər ki, bu xərçəng yox, insultdur. “Sizi nədən müalicə ediblər!” Onlar sadəcə, heyran qalmışdılar. Anatoli Yevdokimenko artıq nitqini itirmişdi. Rotaru müalicə xərci naminə gecə klubunda çıxış etməyə razılaşır, bütün tibbi heyəti ayağa qaldırır. Və xəstəlik, deyəsən, uzaqlaşırdı. Əri yenidən müğənnini səfərlərdə müşayiət edir, vəziyyəti o qədər də ağırlaşmırdı, artıq bütöv cümlələr işlədə bilirdi.

İkinci insult həmin ilin avqust ayında baş verir. Anatoli Yevdokimenko sevimli həyat yoldaşının 55 illiyi münasibətilə bir qədəh şərab içir, halbuki bunu ona qəti qadağan etmişdilər. Pasiyent əvvəlcə Yaltadakı bağ evi yaxınlığında olan rayon xəstəxanasına aparılır. Həkimlər Yevdokumenkonun təcili Kiyevə çatdırılmasına təkid edirlər. Bunu necə təcili etmək olardı? Sofiya əvvəllər heç vaxt hakimiyyətdən nəsə xahiş etməsə də, bu dəfə Leonid Kuçmaya müraciət edir. Bir neçə saat sonra prezident təyyarəsi ilə əri Kiyevə aparılır. Sofiya palatada keşik çəkir. Qohumları ciddi şəkildə onu jurnalistlərdən qoruyur, yad adamlara müğənninin istirahət etdiyini söyləyirlər. Yenidən Yevdokimenkonun səhhətində yaxşılığa doğru irəliləyiş baş verir.
Oktyabrın axırlarında Sofiyanın Almaniyaya qastrolu təyin olunur. Ayın 22-də Kiyevdən ona zəng vurub Anatolinin xəstəxanada kritik vəziyyətdə olduğunu xəbər verirlər. Müğənni Kiyevə gəlir və son ana qədər ərinin çarpayısı yanından uzaqlaşmır. Həkimlər Anatolinin xəstəxanada üçüncü dəfə insult keçirdiyini və bunun qarşısını almaqda gücsüz olduqlarını deyirlər.
Oğlu Ruslanın sözlərinə görə, anası son ana qədər ərinin əlini buraxmayıb.
Yeri gəlmişkən, nahaq yerə yazırdılar ki, Sofiya Rotaru dərddən səsini də itirib.
2017-ci il avqustun 7-də Sofiya Rotarunun 70 yaşı tamam olub. Onun məhəbbət haqqında mahnıları həmişə ürəyə ən yaxın olur, axı müğənni nə oxuduğunu dəqiq bilir. Onun həyatında yeganə və əbədi sevgisi Anatoli Yevdokimenko olub.
Əvəzsiz itkidən 15 il keçəndən sonra Sofiya sevimli sadiqliyini davam etdirir və öz mahnılarını ona həsr edir.
“O, Allahın mənə bəxş etdiyi ikinci yarım idi. Mənim sevimlim, dostum, müəllimim, sonra isə o olmadı...”
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:16
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
20-10-2025, 18:17
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
20-10-2025, 17:24
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
20-10-2025, 10:22
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
20-10-2025, 09:08
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
17-10-2025, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
17-10-2025, 11:45
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
17-10-2025, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
16-10-2025, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
16-10-2025, 10:52
Əməkdar artist vəfat edib
16-10-2025, 10:27
Dünya şöhrətli iki aktyor yeni çəkilişdə... - Fotolar
16-10-2025, 09:22
Astana II Beynəlxalq Etnik Musiqi Festivalına hazırlaşır
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq
2-10-2025, 18:08
Müğənni Səbinə Ərəbli Xankəndiyə köçüb
2-10-2025, 17:11
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
2-10-2025, 07:13
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
1-10-2025, 22:19
Heydər Əliyev Fondu xanəndənin müalicəsini nəzarətə götürüb
1-10-2025, 12:35
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmayıb
30-09-2025, 16:12
Füzuli Dram Teatrının direktoru komaya düşüb
30-09-2025, 15:02
Tahir İmanov: "Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”
30-09-2025, 10:54
Teleaparıcı vəzifəyə təyin olunub
30-09-2025, 10:26
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
29-09-2025, 11:16
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
26-09-2025, 16:42
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
26-09-2025, 16:13
Məşhur aktyorun fimi hitə çevrilib
26-09-2025, 13:29
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
26-09-2025, 10:58
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
25-09-2025, 11:29
Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edilib
24-09-2025, 17:51
Nəsiminin qohumları Şamaxıya gəliblər - Fotolar
24-09-2025, 14:12
Stallone süni intellekt vasitəsilə "Rembo" olmaq istəyir
23-09-2025, 15:59
3300 il əvvəl hazırlanmış fit tapıblar - Fotolar
Dünən, 16:26
Ən maraqlı yeddi körpü - Fotolar
20-10-2025, 22:54
Əyləncəli heyvanlar... - Fotolar
25-08-2025, 16:14
Vəhşi təbiət... - Fotolar
8-08-2025, 17:06
Marsdan maraqlı fotolar...
7-02-2025, 19:47
Ən yaxşı sualtı fotolar... - Fotolar
25-12-2024, 18:20
Kosmosdan çəkilmiş ən yaxşı şəkillər… - Fotolar
7-12-2024, 11:07
Ən yaxşı təbiət fotoları...
30-11-2024, 16:53
İlin ən yaxşıları... - Fotolar
29-05-2023, 10:49
Laçına qayıdış... - Fotolar
20-10-2022, 07:35
Ağalı kəndi... - Fotolar
28-05-2022, 23:04
Bakıda möhtəşəm tədbir... - Fotolar
25-12-2021, 10:26
Qarabağa növbəti səfər... - Fotolar
7-11-2021, 18:19
Zəfər yolu... - Fotolar
26-10-2021, 19:37
Dünyanın diqqəti Qarabağda... - Fotolar
21-10-2021, 08:23
Azad Zəngilan - Fotolar
18-10-2021, 13:04
Füzuli şəhərini yenidən tikirlər - Fotolar
10-10-2021, 15:22
İlham Əliyev Tuğ kəndində: “Elə bil ki, cənnətdir” - Fotolar
5-10-2021, 13:48
Qələbə sevinci - Fotolar
18-09-2021, 19:26
Şuşada ilk dəfə... - Fotolar
17-09-2021, 11:13
Erməni vandalizmi... - Fotolar
30-08-2021, 10:09
Mehriban Əliyevanın Xocavənd paylaşımı - Fotolar
30-08-2021, 09:20
Bülbülün Şuşadakı ev-muzeyi... - Fotolar
15-02-2021, 14:05
Prezident və ailə üzvləri Qarabağda - Fotolar
20-01-2021, 12:54
Şəhidlər xiyabanı - and yerimiz - Fotolar
23-12-2020, 19:21
Bizim Qubadlı - Fotolar
11-12-2020, 10:59
Zəfərə layiqlərin paradı... - Fotolar
21-11-2020, 11:08
Ermənilər Ağdamı viran qoyub - Fotolar
20-11-2020, 17:43
Bakıda növbəti zəfər yürüşü - Fotolar
19-11-2020, 21:37
Erməni vandalizminin qurbanları... - Fotolar
19-11-2020, 18:38
Vandalların viran qoyduğu şəhər - Füzuli
8-11-2020, 18:52
Şuşa zəfəri... - Fotolar
8-11-2020, 17:28
Zastavalarda Azərbaycan bayrağı ucaldılıb - Fotolar
7-11-2020, 23:45
Ermənilərin cinayəti... - Fotolar
5-11-2020, 18:27
Müharibə qartalları... – Fotolar
31-10-2020, 00:06
Ruhi ön cəbhədə... - Video - Fotolar
30-10-2020, 23:31
Erməni vandalizmi... - Fotolar
22-10-2020, 14:58
Suqovuşanın sahibinə qovuşan yolları... - Fotolar
20-10-2020, 23:23
Müzəffər Ordumuzun igidləri... - Fotolar
19-10-2020, 20:07
Hadrutun azad edilməsində fədakarlıq göstərənlər... Fotolar
15-09-2020, 12:03
Afaq Gəncəli zinət əşyalarını nümayiş etdirib - Fotolar
11-09-2020, 14:29
Məşhur aparıcını baxış, işıq və stilist dəyişdirib - Fotolar
7-09-2020, 12:13
Müğənni fərqli obrazlar yaradıb - Fotolar
27-08-2020, 12:09
Müğənni üç fərqli obrazda – Fotosessiya
26-08-2020, 12:18
Yeni obrazı Xalq artistini tənqid hədəfinə çevirib - Fotolar
20-08-2020, 12:59
Məleykə Əsədova gözəllik sirrini açıb - Fotolar
18-08-2020, 20:19
Rəqqasə Fatimə fərqli obrazlarda…- Fotolar
18-05-2020, 12:37
Aygünün yeni imici maraq doğurub - Fotolar
17-05-2020, 22:55
Xalq artistimiz fərqli obrazlar yaradıb - Fotolar