16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Məşhur ansambl Bakıda konsert verəcək
Tarix: 29-08-2019 14:37 | Bölmə: Mədəniyyət
Məşhur ansambl Bakıda konsert verəcək

Oktyabrın 11-də Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycanda Mədəniyyət Günləri çərçivəsində Nadejda Nadejdinoy adına dünyaca məşhur, əfsanəvi “Beryozka” Dövlət Akademik Xoreoqrafiya Ansamblının konserti olacaq.

Reyting.az
xəbər verir ki, konsertdə “Beryozka” ansamblı tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edəcək. Tamaşaçılar “Beryozka” ansamblının ifasında Nadejda Nadejdinoy və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alacaqlar.

Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}