17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Teatr yeni mövsümü “Stullar”la açacaq
Tarix: 04-09-2019 15:55 | Bölmə: Mədəniyyət
Teatr yeni mövsümü “Stullar”la açacaq

Şah Mat Teatrı üçüncü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq.

Tamaşa sentyabrın 5-də, saat 19.30-da “Etüd” kafe-barında nümayiş olunacaq.

İki personajın rol aldığı səhnə əsərinin rejissorlar Ümid Abbas və Mir Qabil Ələkbərovun quruluşunda təqdim olunacağı bildirilir.

Psixoloji dram janrında olan tamaşanın qəhrəmanı uzun illərdir adada tənha yaşayır. Hər gün eyni əhvalatlardan, eyni xatirələrdən bezir və qərara gəlir ki, dünyada sağ qalmış insanları evinə qonaq çağırsın. Beləliklə, qapı döyülür və xəyali qonaqlar təşrif buyurur. Hər qonağa boş bir stul. Qonaqlar gəlməyə başlayır, çox gözlənilən əlahəzrət imperator da gəldikdən sonra, növbə natiqdədir. O bizim qəhramanın çoxdan düşündüyü və heç kəsə demədiyi sözləri çatdırmalıdır. Natiq isə laldır.

Gənc sənətçilər Mir Qabil Ələkbərov və Ümid Abbas tərəfindən oynanılan tamaşaya biletlər 3 manatdır. (Ünvan: «ETUD Cafe & Bar» - İslam Səfərli küçəsi, 23)

Turan ETİBAROĞLU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}