Lalayev teatr direktorları şurasının toplantısına gedir
Tarix: 14-09-2019 16:59 | Bölmə: Mədəniyyət
Lalayev teatr direktorları şurasının toplantısına gedir

Sentyabrın 23-dən 28-dək Qırğızıstanın Oş şəhərində VII Beynəlxalq “ART – ORDO-2019” Teatr Festivalı çərçivəsində TURKSOY-a üzv ölkələrin teatr direktorları şurasının dönəm toplantısı keçiriləcək.

Reyting.az-
a verilən məlumata görə, həmin toplantıda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev təmsil edəcək.

Musiqili Teatrdan bildiriblər ki, Ə. Lalayev həmin tədbirə qatılmaq üçün sentyabrın 22-də Qırğızıstana yola düşəcək.

Qeyd edək ki, bu toplantıda türkdilli dövlətlərin tеаtrları arasında qarşılıqlı mədəni münasibətlərin, yaradıcılıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılacaq və lazımi qərarlar qəbul olunacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}