21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Əliqismət Lalayev: “Musiqili Teatr 110-cu mövsümdə 5 yeni tamaşa hazırlayacaq” - Müsahibə
Tarix: 22-09-2019 21:08 | Bölmə: Mədəniyyət

Akademik Musiqili Teatr yeni mövsümə start verir. Əsl yaradıcılıq şövqü və bayram ovqatı ilə. Bəs necə? Ötən mövsüm teatra akademik statusu verilib, buna uyğun olaraq da təkcə teatrın rəsmi nüfuzu yüksəlməyib, həm də burada çalışan böyük bir kollektivin maaşları da əhəmiyyətli dərəcədə artıb. Bayram ovqatı isə qarşıdakı əlamətdar hadisə ilə bağlıdır- 110-cu mövsüm başlanır.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevlə yeni mövsüm və kollektivin yeni yaradıcılıq planları barədə danışırıq.
- Bəlkə ənənəni pozmayaq, müsahibəyə ötən mövsümün yekunları ilə bağlı söhbətlə başlayaq?
- Məncə oxucularımız üçün də maraqlı olar, çünki söhbət tamaşaçıların ən sevimli teatrlarından birinin- Akademik Musiqili Teatrının ötən mövsüm gördüyü işlər barədə gedəcək.
109-cu mövsüm də kollektivimiz üçün yaradıcılıq baxımından zəngin və əlamətdar oldu, teatrımıza akademik statusu verildi. Oxucularımız yəqin ki, yaxşı xatırlayırlar, bu il martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdülər. Çox səmimi şəraitdə keçən həmin görüşdə incəsənətimizin, mədəniyyətimizin bu günü, sabahı, dünyada tanıdılması ilə bağlı ətraflı söhbət açıldı, təkliflər səsləndirildi. Teatrlarımızın gördüyü işlər, qazandığı uğurlar və bu sahədə nəzərə çarpan problemlər haqqında da danışıldı. Həmin görüşdən cəmi bir neçə gün sonra Dövlət Musiqili Teatrına akademik statusun verilməsi, teatr sahəsində çalışanların əmək haqlarının artırılması barədə sərəncamlar imzalandı. Mətbuatın yaratdığı imkandan istifadə edib teatrımızın bütün kollektivi adından dövlət başçımıza, Birinci vitse-prezidentimizə bir daha minnətdarlığımı bildirirəm. Musiqili Teatra akademik statusunun verilməsi zəngin ənənəsi olan bu kollektivdə çalışmış, mədəniyyətimizə töhfələr vermiş korifey sənətkarlarımızın ruhuna bir ehtiramdır. Bu gün yorulmadan xalqımıza xidmət göstərən, incəsənətimizi müxtəlif ölkələrdə uğurla təbliğ edən əməkdaşlarımızın alın tərinə, zəhmətinə göstərilən qiymət, həm də gələcəkdə burada çalışmağı arzulayan gənclərə bir stimuldur.
Ölkə başçısının sərəncamları ilə keçən mövsüm teatrın yaradıcı heyətindən 9 nəfərə Prezident mükafatı, 1 nəfərə isə Əməkdar artist fəxri adı verilib. Dövlət rəhbərinin, eləcə də hörmətli Mehriban xanımın teatrımıza daim diqqət və qayğı göstərməsi bizi hədsiz sevindirməklə yanaşı işimizə daha məsuliyyətlə yanaşmağa sövq edir. Həmişə sənət adamlarının yanında olan, onlara dəstəyini əsirgəməyən müstəqil və qüdrətli Azərbaycan dövləti ilə qürur duyuruq.
Ötən mövsüm qazandığımız uğurlardan bəhs edərkən deyim ki, dəyərli tamaşaçılarımıza 5 yeni səhnə əsəri təqdim etdik və premyeralarımız anşlaqla keçdi. Teatr ictimaiyyəti, tənqidçilər, mətbuat və daimi tamaşaçılarımız yeni hazırladığımız səhnə əsərlərini maraqla qarşıladı, yüksək qiymət verdi.
- Dünya şöhrətli yazıçı Antuan de-Sent Ekzüperinin qələmə aldığı "Balaca Şahzadə” əsərinin teatrınızda səhnəyə qoyulması ciddi sənət hadisəsi kimi dəyərləndirildi...
- Həqiqətən də belə bir əsərin beynəlxalq layihə çərçivəsində Akademik Musiqili Teatrda tamaşaya qoyulması yaradıcı kollektivimizə göstərilən bir etimad idi, sevinirik ki, sonda baxımlı, müasir standartlara uyğun bir iş ortaya qoyuldu. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "Balaca Şahzadə” tamaşasının layihə rəhbəri fondun vitse-prezidenti Leyla Əliyeva idi. Leyla xanım məşqlərə də gəlir, yaradıcılıq prosesi ilə maraqlanır, öz tövsiyələrini verirdi.
- İndi də istərdim yeni mövsümlə bağlı planlarınızdan danışaq. 110-cu mövsümdə tamaşaçılar hansı yeni əsərləri görə biləcəklər?
- Hər yeni mövsüm həm kollektivimiz, həm də dəyərli tamaşaçılarımız üçün bir sənət bayramıdır. Teatrımızın 110-cu mövsümü olduğu üçün bayram sevincimiz ikiqatdır. Yeni mövsümün açılışı daha bir əlamətdar hadisə ilə üst-üstə düşdü, bildiyiniz kimi, son günlər Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı keçirilir, teatrımızın kollektivi bu musiqi bayramı çərçivəsində reallaşan tədbirlərdə yaxından iştirak edir. 110-cu mövsümünün açılışı da dahi bəstəkarın adı ilə bağlı olan beynəlxalq festival günlərinə təsadüf etməsinin də rəmzi bir mənası var. Sentyabrın 20-də Üzeyir bəyin ölməz "O olmasın, bu olsun” tamaşası ilə yeni mövsümə start verdik. Tamaşaçılar teatrımızın repertuarında özünə möhkəm yer tutan bu səhnə əsərində həmin axşam bir yeniliyin də şahidi oldular. Hambal rolunu İranda və Azərbaycanda yaxşı tanınan, Təbriz teatrının istedadlı aktyoru Babək Nəhreyn oynadı.
Tamaşaçılarımız xarici ölkədən dəvət etdiyimiz daha bir tanınmış sima ilə görüşmək şansı əldə edəcəklər. Sentyabrın 27-də İmre Kalmanın "Silva” tamaşasını rusdilli publikamız üçün nümayiş etdirməyi planlaşdırmışıq. Silva obrazını Minsk Akademik Musiqili Teatrının aparıcı solistlərindən biri, Belarusun Əməkdar artisti Marqarita Aleksandroviç ifa edəcək.
Yeni mövsümdə də 5 təzə tamaşa üzərində yaradıcılıq işləri aparmağı nəzərdə tutmuşuq. Məzuniyyətdən qayıdan kollektivimiz artıq paralel olaraq bir neçə yeni əsərin məşqlərinə başlayıb. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Stanislav Stratiyevin "Avtobus” pyesi əsasında "Çarəsiz sərnişinlər” tamaşasını hazırlayır. Gənc rejissor Samir Qulamovu dünya şöhrətli yazıçı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi” əsərinə quruluş vermək üçün dəvət etmişik. Məşqlərinə başlanan bu tamaşa yaxınlarda yanğın nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşən möhtəşəm mədəniyyət abidələrindən birinə-Notr-Dam kilsəsinə həsr edilib.
Müxtəlif illərdə ayrı-ayrı quruluşlarda oynanılan, tamaşaçılarımızın maraqla baxdığı retro tamaşalarımızdan birini yenidən təqdim etməyi düşünürük. Əməkdar incəsənət xadimi Əsgər Əsgərov belə tamaşalarımızdan birinə- Səid Rüstəmov və Məmməd Səid Ordubadinin "Beş manatlıq gəlin” əsrinə yeni quruluş verəcək.
Tələbkar tamaşaçılarımız Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızının hər bir yeni rolunu maraqla gözləyir, istedadlı aktrisamızın oynadığı tamaşalara sevə-sevə baxırlar. Yeni mövsümdə Afaq xanımın çoxsaylı pərəstişkarları onu "İstintaq” tamaşasında tam fərqli obrazda görə biləcəklər. Tamaşaya Xalq artisti Firudin Məhərrəmov quruluş verəcək.
Teatrımız ənənəsinə sadiq qalaraq bu mövsümdə balaca tamaşaçılar üçün də təzə səhnə əsəri hazırlayır. Gənc rejissor Əhəd Hacıyev görkəmli gürcü dramaturqu Nodar Dumbadzenin məşhur "Mən, nənəm, İliko və İllarion” əsəri əsasında hazırlanan tamaşa ilə məktəb yaşlı tamaşaçılarımızı sevindirəcəyik.
- Son illər Akademik Musiqili Teatr müxtəlif ölkələrdə keçirilən festivallarda uğurla çıxış edir. Yeni dəvətlər varmı?
- Qeyd etdiyiniz kimi, teatrımız tez-tez beynəlxalq festivallarda iştirak edir, Azərbaycan incəsənətini, mədəniyyətini yüksək səviyyədə təmsil etməyə çalışır. Son zamanlar bu sahədə əldə etdiyimiz uğurların nəticəsidir ki, nüfuzlu sənət yarışmalarının, beynəlxalq festivalların təşkilatçıları teatrımızla müntəzəm əlaqə saxlayır.
Ötən mövsümün sonunda teatrın balet truppası qardaş Türkiyənin Bayburt şəhərində keçirilən XXV Dədə Qorqud Festivalında iştirak etdi. Təşkilatçıların, tamaşaçıların balet truppamızı "Festivalın gözü” adlandırması hamımızı qürurlandırdı.
Bu günlərdə daha bir nüfuzlu tədbirə dəvət almışıq, teatrımız gələn ayın 10-dan 15-dək Albaniya Respublikasının Elbasan şəhərində ənənəvi düzənlənən Skampa Beynəlxalq Müasir Teatr Festivalında iştirak edəcək. Sayca 21-ci dəfə keçirilən bu festivalda dünyada absurd teatrının yaradıcısı Samuel Bekketin "Qodonun həsrətində” tamaşasını təqdim edəcəyik. Tamaşaya əslən Cənubi Azərbaycandan olan tələbəm Yunis Vəlipur quruluş verib, bədii rəhbəri olduğum səhnə əsərində istedadlı bəstəkar Fərəc Qarayevin musiqilərindən istifadə olunub.
Qeyd etdiyim kimi, müxtəlif ölkələrdə keçirilməsi planlaşdırılan bir neçə festivalın təşkilatçıları bizə dəvət məktubların göndəriblər, hazırda bu istiqamətdə danışıqlar gedir. Mədəniyyət Nazirliyi ilə razılaşdırdıqdan sonra bu məsələlərə aydınlıq gələcək. İnanıram ki, həmişə olduğu kimi, nazirliyin rəhbərliyi yenə də teatrımıza diqqət və qayğı göstərəcək. Azərbaycandan kənarda da ölkəmizin incəsənətini layiqli şəkildə təmsil edərək Bakıya qayıdacaq, doğma səhnəmizdə, maraqlı tamaşalarımızı daimi tamaşaçılarımız qarşısında oynayacağıq. Onların alqışı yeni sənət uğurları qazanmağa stimul olacaq.
Etibar CƏBRAYILOĞLU
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:16
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
Bu gün, 16:54
Xalq artisti xəstəxanadan evə buraxılıb
Bu gün, 11:09
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
Bu gün, 09:22
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
Dünən, 13:03
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
Dünən, 08:36
Hollivud ulduzu dünyasını dəyişib
16-09-2025, 15:20
Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək
16-09-2025, 15:07
Nigar Köçərlinin kitabları müsadirə olunub? - Açıqlama
16-09-2025, 14:06
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub - Yenilənib
16-09-2025, 12:53
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
16-09-2025, 11:13
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub
16-09-2025, 10:04
Məşhurlar yeni ssenarini xüsusi kod altında qoruyurlar
16-09-2025, 08:18
“Emmi” mükafatı 77-ci dəfə təqdim olunub
15-09-2025, 20:02
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
12-09-2025, 12:30
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12-09-2025, 10:35
Yazıçı Anar: "Hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm”
12-09-2025, 10:18
AMXM-da “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılıb - Fotolar
11-09-2025, 16:20
ICESCO Nəsimi Festivalının tərəfdaşı olub
10-09-2025, 16:38
Heydər Əliyev Fondu ilə Vatikan arasında memorandum imzalanıb
10-09-2025, 15:53
Süni intellektin filmi Kann festivalında nümayiş olunacaq
9-09-2025, 17:24
“İblis” yeni təqdimatda nümayiş olunacaq
9-09-2025, 14:18
İftixar Piriyev İrəvan Teatrının direktoru vəzifəsindən azad olunub
8-09-2025, 10:35
Bakıda bəylə gəlin toya at belində getdi - Video
8-09-2025, 00:04
Alim Qasımov villasını satır - Fotolar
5-09-2025, 10:28
“Ölüm yuxusu” gürcü dilində nəşr olunub - Foto
5-09-2025, 08:57
Yeni film reytinq cədvəlində yüksək səs toplayıb - Foto
4-09-2025, 17:18
Muzeydən 9,5 milyon avroluq eksponat oğurlanıb
4-09-2025, 16:38
Əməkdar artist aparıcılıq edəcək
4-09-2025, 15:38
"Tağıyev: Neft" filmi "Oskar" mükafatına namizəd kimi təqdim olunub
4-09-2025, 13:32
Nazir Afaq Bəşirqızına ordenini təqdim edib - Foto
4-09-2025, 13:15
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - Sərəncam
4-09-2025, 12:22
Nasistlərin oğurladığı rəsm əsəri tapılıb - Foto
3-09-2025, 17:30
"Canavarlarla rəqs edən" aktyor vəfat edib
3-09-2025, 11:58
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
2-09-2025, 19:51
Məşhur aktyor aktrisaya cinsi təcavüzə görə həbs oluna bilər
2-09-2025, 15:11
"Kreml sehrbazı" filmi böyük maraq doğurub - Fotolar
2-09-2025, 13:15
Bakıda İƏT Mədəniyyət Festivalı keçiriləcək
2-09-2025, 12:11
Emin Rusiyada konsert verəcək
2-09-2025, 08:21
Vudi Allen Donald Trampı yeni filmə çəkmək istəyir
1-09-2025, 16:09
Bu şəxslərə 4 min manat maaş veriləcək - Siyahı
29-08-2025, 15:13
Məmmədəli Ağayev 20 milyon mənimsəmədə ittiham olunub
29-08-2025, 14:05
"Rokki" və Silvester Stallone haqqında film çəkilir
28-08-2025, 15:53
Səkinə İsmayılova: “Mən olsaydım, var-gücümlə ədaləti bərpa edərdim”
28-08-2025, 15:21
Rejissor yeni filmə görə studiyaları tənqid edib
28-08-2025, 12:01
“Muğam” müsabiqəsinin daha bir iştirakçısı narazılıq edib
27-08-2025, 18:00
Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
26-08-2025, 17:00
Ramiz Rövşənin səhhətində problem yaranıb