Bu gün Bakıda musiqi festivalıdır - Proqram
Tarix: 25-10-2019 00:28 | Bölmə: Mədəniyyət
Bu gün Bakıda musiqi festivalıdır

Bu gündən Bakıda Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı başlayır. Festival oktyabrın 28-dək davam edəcək.

Reyting.az
-ın məlumatına görə, oktyabrın 25-də festival iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Sonra Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Festivalın açılışı elə həmin gün Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – M.Mehmandarov) iştirakı ilə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq.

Festival çərçivəsində Kamera və orqan musiqisi səslənəcək, Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olacaq, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil ediləcək. Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqında “Son illərdə Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri və perspektivləri” mövzusunda elmi konfrans, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kamera konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” operasının tamaşası, R. Behbudov adına Dövlət Mahnı Teatrında Zabitlər Evinin “Sərhədçi” İnstrumental Ansamblının konserti və Azərbaycan Bəstəkarlar İttifaqında kamera-instrumental və vokal musiqisindən ibarət konsert təqdim ediləcək.

Festivala oktyabrın 28-də Heydər Əliyev Sarayında Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – F.Kərimov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – G.İmanova) və Azərbaycan Dövlət Televiziyası və Radiosunun C. Cahangirov adına Xorunun (Bədii rəhbər və dirijor Ş.Ələkbərova) iştirak edəcəyi konsert proqramı ilə yekun vurulacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}