“Zəncirlənmiş adam” səhnəyə çıxacaq - Foto
Tarix: 30-10-2019 18:41 | Bölmə: Mədəniyyət
“Zəncirlənmiş adam” səhnəyə çıxacaq

“Şah Mat” Teatrı oktyabrın 31-də "Flora Hostel Baku"nun səhnəsində dünya şöhrətli Argentina yazıçısı Osvaldo Draqunun "İtə çevrilən adam" hekayəsinin motivləri əsasında hazırlanmış "Zəncirlənmiş adam" səhnə əsərini tamaşaçılara təqdim edəcək.

Teatrdan Reyting.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov və Ümid Abbas, quruluşçu rəssamı Səbinə Abutalıbzadədir.

Absurt üslubda hazırlanmış tamaşada obrazları Mir Qabil Əkbərov, Əminə Cəfərova, Tunar Ali, Ümüd Abbas və Anar Bulud canlandıracaqlar.

Tamaşanın müəllifləri, argentinalı dramaturqun klassik hekayəsinə tam fərqli aspektdən yanaşmağa çalışıblar.

40 dəqiqəlik səhnə əsərində, əsərin baş qəhrəmanı Alvardo iş axtarır, amma bütün səyləri boşa çıxır. Arvadı Mariya və yeni dünyaya gələcək uşağı üçün məcbur qalıb Nikandronun yanında "it" vəzifəsində çalışır. Amma cəmiyyət onu elə bir vəziyyətə salır ki, artıq Alvardo doğurdan da itə çevrilir.

“Zəncirlənmiş adam” səhnəyə çıxacaq




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}