Filarmoniyada ilin ilk konserti olacaq
Tarix: 12-01-2020 01:47 | Bölmə: Mədəniyyət
Filarmoniyada ilin ilk konserti olacaq

Yanvarın 13-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ilin ilk konserti olacaq.

Reyting.az
xəbər verir ki, “Gənclərə dəstək” layihəsi çərçivəsində reallaşacaq konsert proqramını dirijor Orxan Haşımovun bədii rəhbərliyi ilə Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.

Konsertdə respublikanın gənc ifaçıları müxtəlif musiqi nömrələri ilə çıxış edəcək, Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına müraciət edəcəklər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək layihə çərçivəsində ötən il 20-dən artıq konsert proqramı təqdim edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}