Polis Elza Seyidcahanın şikayəti ilə bağlı araşdırma aparır
Tarix: 11-02-2020 15:15 | Bölmə: Mədəniyyət
Polis Elza Seyidcahanın şikayəti ilə bağlı araşdırma aparır

Əməkdar artist Elza Seyidcahanın halı pisləşib və xəstəxanaya yerləşdirilib.

Medicina.az xəbər verir ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən müğənni , seçki günü bacısı və özünün döyüldüyünü iddia edib.

Seçkilərdə uduzan ifaçı İnstaqramda canlı yayıma girərək ağlaya-ağlaya qollarının keyidiyini, ayaqüstə dura bilmədiyini bildirib. Affekt vəziyyətinə düşən Seyidcahana təcili yardım çağrılıb. Xızıda olan müğənni ilkin yardım edilməsinə imkan verməyib və Bakıya gətirilməsini istəyib. Bacısı və kürəkənini köməkliyi ilə maşına otuzdurulan Elza Bakıya gətirilib və xəstəxanaya yerləşdirilib.

Sənətçinin döyülməsi ilə bağlı iddiasına DİN-dən reaksiya verilib.

Axar.az-ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar araşdırmaya başlanılıb.

“Bu haqda Şabran Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır”, - deyə cavabda qeyd edilib.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}